Sağlamlıq

Bütün dünyanın danışdığı 2 yaşlı azərbaycanlı qız - VİDEO - FOTO

9 Dekabr 2014 15:41
24 Şərh     Baxış: 27 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2 yaşlı Firuzə yaşlı qadınlarda görünən xərçəngə tutulub

2 yaşlı azərbaycanlı körpə qız çox nadir uşaqlıq xərçəngi ilə mübarizə aparır. Bu xəstəlik adətən yaşı 50-ni keçən qadınlarda, klimaks dönəmindən sonra müşahidə edilir.

Anspress-in məlumatına görə, hazırda 2 yaşı olan Firuzə Orucova 8 aylıq olarkən xərçəng xəstəsi olduğu müəyyən edilib. Körpəni Almaniyanın Münhen şəhərinə aparıblar.

Uşağın atası, 35 yaşlı Ramin Orucovla anası, 25 yaşlı Türkan Orucova uşağı 3 ay öncə Almaniyaya apara biliblər. Firuzə hazırda "Schwabing" klinikasında müalicə edilir.

R.Orucov Doğan xəbər agentliyinə açıqlamasında qızına bu diaqnozun Bakıda qoyulduğunu və 1 ildə 18 dəfə kimyaterapiya müalicəsi gördüyünü, 2 dəfə əməliyyat edildiyini deyib.

"İstanbulda yaşayan azərbaycanlı iş adamı 50 min avro yardım edib və 68 min avro ilə Almaniyaya gəldik. Artıq pul tükənib".

Hazırda ailə türk motosikletçilər qrupu olan "Turkos MC"in himayəsindədir. Qurumun nümayəndəsi ailənin 160 min avroya ehtiyacı olduğunu deyib: "İndiyə kimi 80 min 110 avro toplanıb".

Azərbaycanlı körpəyə Bundesliqa komandalarından olan "Wolfsburg"da oynayan və həyat yoldaşı türk olan Aaron Hunt 5 min avro yardım edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.