Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Popkorn faydalıdır?
9 Dekabr 2014 14:08
1 Şərh
Baxış: 47 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Popkorn böyüklər və kiçiklər tərəfindən sevilən bir qidadır. Partladılmış qarğıdalının xeyri və zərəri haqqında məlumat olduqca azdır. Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətinə və xeyrinə inandırır.
Marketlərdə hazır, bağlama şəklində satılan popkornların üzərindəki reklam xarakterli mətn də eynilə bu cürdür. Mətndə qeyd olunur ki, partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir, uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir, tərkibində olan polifenollar faydalı antioksidant olduğundan bir bağlama popkorn yemək 300 qram quru meyvə yeməkdən də üstün hesab oluna bilər. Quru meyvələrin faydasının saysız olmasını nəzərə alsaq, popkorn kimi quru və zərərli görünən bir qidada bu qədər faydanın olması da şübhə yaradır. Elə isə popkornun faydaları və ziyanı nədir? Həqiqətən quru çərəz sayılan partladılmış qarğıdalının faydası bu qədər yüksəkdirmi?
Popkorn ilk dəfə Amerikanın yerli əhalisi tərəfindən icad olunub. İlk vaxtlar pis qüvvələri yox etmək üçün partladılan qarğıdalı bir müddət sonra həqiqətən dadlı çərəz olaraq insanların diqqətini çəkib. Qısa bir müddətdə idman və kino salonlarının əvəzolunmaz çərəzi halına gələn qarğıdalı daha sonra yerli əhali tərəfindən də əkilərək istifadə olunmağa başlayıb. Faydaları sırasında qeyd olunur ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir. Zərərləri sırasında isə qarğıdalının GMO olması, eyni zamanda müxtəlif zərərli üsullarla partladılması və düzgün saxlanma şəraitində saxlanmaması qeyd edilir.
Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, partladılmış qarğıdalının faydaları xeyrindən o zaman çox olur ki, onun partladılma və saxlanma şəraiti normal olsun. Əks halda, ziyanlı üsul, maddələrlə partladılıb düzgün şəraitdə saxlanılmayan bu qida olduqca zərərli hesab oluna bilər və ev üsulu ilə hazırlanmayan bütün qidalar kimi partladılmış qarğıdalı da uşaqlar üçün məsləhətli deyil: "Sağlamlıq baxımından desək, partladılmış qarğıdalı olduqca yüksək kalorili bir qidadır. 100 qramında 450 kalori olur. Bir porsiyada olan kalori miqdarı 1700-ə yaxındır. Eyni zamanda tərkibində olan doymuş yağ faizi də qidanın qramı artdıqda artır. Bu da onu göstərir ki, ev şəraitində porsiyanın miqdarını keçib 2-3 qab partladılmış qarğıdalı yemək oturmuş vəziyyətdə yüksək kalori qəbul etməkdir. Ortayaşlı bir insanın gündəlik qida kalorisinə bərabər olan bu dəyər olduqca yüksəkdir. Bu da onu göstərir ki, bir porsiyalıq qarğıdalını azyaşlılar ayda 1-2 dəfədən artıq yeməməlidirlər. Yağsız, mikrodalğalı sobada partladılan qarğıdalı faydalı olsa da nəzərə almaq lazımdır ki, heç bir müəssisə bu gec və əziyyətli üsuldan istifadə etmir".
Terapevtə görə, parladılmış qarğıdalı həddindən artıq yeyildikdə nəfəs yollarında tıxanmalara, quru öskürəyə, nəfəs darlığına səbəb olur ki, bunun da səbəbi qidanın tərkibində olan "diasedil" maddəsidir. Bu maddə qarğıdalıya və ona vurulan yağa xüsusi dad verdiyindən əksər partladılma üsullarında ondan istifadə edilir: "Daimi olaraq popkorn yemək bir müddət sonra nəfəs yollarında problemlər yaradacaq. Partladılmış qarğıdalı o zaman faydalı qida sayıla bilər ki, ev şəraitində, normal yağla, ədviyyatları azaldılmış halda və ən çox bir porsiya yarım qəbul edilsin. Əks halda uzun boya, gözəl bədən quruluşuna, sağlam sümüklərə və bu kimi keyfiyyətlərə partladılmış qarğıdalı ilə nail olmaq mümkün deyil".
Ekspress.az

DİGƏR XƏBƏRLƏR
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
-
Bu məşq yuxuya getməyinizə kömək edəcək
-
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
XƏBƏR LENTİ
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı - gecə
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”