Sağlamlıq

Azərbaycan bu xəstəliyə görə dünyada 4-cü yerdədir - VİDEO

25 Sentyabr 2014 11:26
0 Şərh     Baxış: 1 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər həyəcan təbili çalırlar

Azərbaycan dünyada talassemiya xəstələrinin çoxluq təşkil etdiyi 4-cü ölkədir.

Respublika Diaqnostika Mərkəzindən ANS TV-yə verilən məlumata görə, irsi qan xəstəliklərindən əziyyət çəkənlərin Azərbaycanda çoxluq təşkil etməsi yeni doğulan körpələrdə müxtəlif formalarda qan xəstəliklərinin yaranmasına səbəb olur. Belə olan halda müxtəlif yaş qruplarından olan insanların, habelə yeni evlənəcək cütlüklərin genetik laboratoriyada qan analizləri verərək qan xəstəliklərinin vaxtında aşkarlanması mütəxəssislər tərəfindən labüd hesab olunur.

Genetik laboratoriyanın həkimi Elxan Rəsulovun sözlərinə görə, Azərbaycanda talassemiyalar - beta, alfa yüksək gen sıxlığındadır: "Əgər iki gəncin hər ikisi xəstəliyin daşıyıcısı olarsa, onda xəstəliyin yaranma riski onlarda 25 faiz olur. Yəni 4 uşaqdan biri xəstə ola bilər. Gənclərə tövsiyəm ondan ibarətdir ki, problemdən qaçmasınlar, əgər belə bir xəstəlik varsa, problemə qarşı gedib onu aşkar edərək aradan qaldırsınlar".

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.