Yay fəsli gəldisə, deməli, əksər meyvə-tərəvəz məhsullarının da yetişmə vaxtı gəldi. Qida rasionumuzu meyvə-tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Amma diqqətli olmaq vacib şərtdir. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, gübrə ilə yetişdirilən məhsullardan istifadə zəhərlənmə ilə nəticələnə bilər.
Qidalanma insan orqanizminin əsas fizioloji tələbatlarından biridir. Bu tələbatın ödənilməsində meyvə-tərəvəz balansı önəmli rol oynayır. Lakin bəzən orqanizmimizi vitaminlə təmin etmək istərkən, tam əksi baş verə bilər.
Əhmədova Şirin - həkim: "Gübrəli meyvələrdən qida zəhərlənmələri baş verir. Xəstələr əsasən yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması, qusma, ishal halları ilə gəlirlər. Analiz nəticəsində bəlli olur ki, onlar gübrəli meyvə yeyiblər. Azot qalıqları orqanizmə toksiki təsir göstərir. Məhsulun daha tez yetişib artımlı olması üçün verilən gübrələr insanlarda zəhərlənmə hallarına gətirib çıxarır".
Mövsümlə əlaqədar ən çox zəhərlənmə halları qarpız və yemişdə olur. Hazırda bazarda alıcılara təklif olunan qarpız və yemiş məhsullarının hər biri gübrə ilə yetişdirildiyi bildirilir. Çünki iyun ayında bu məhsulların gübrəsiz yetişməsi onların geninə uyğun deyil.
Əhmədova Şirin: "Yaxşı olar ki, hər şey vaxtında istifadə olunsun. Qarpız və yemişin qəbulu iyul-avqust aylarında təhlükəsizdir. Yəni gübrəsiz özləri yetişə bilərlər. Həmin vaxtı onların yeyilməsi məsləhətdir".
Gübrəli meyvə-tərəvəzlərin əksəriyyəti xarici məhsullar olur. Onlarda isə kimyəvi elementlərin disbalansı yaranır.
Bazarda alıcılar üçün həm yerli, həm də xarici məhsullar təklif olunur. Xarici meyvə- tərəvəz görünüşcə cəlbedici olsa da, yerli məhsullarımız daha dadlı və daha sərfəlidir.
Satıcılar alıcıların daha çox xarici və gübrəli məhsullara üstünlük verdiyini desələr də, yerli meyvə - tərəvəz məhsullarını üstün tutan alıcılarımız da az deyil.
Satıcı: "Bizim alıcıların tələbatı əsasən xarici meyvələrdir. Düşünməlidirlər ki, hansı torpağın havasını udurlarsa, o torpağın məhsulunu yeməlidirlər. Xəstəliyimizin 70%-ni elə xaricdən gələn məhsullar təşkil edir".
Alıcı: "Çalışırıq ki, mövsümə uyğun gübrə verilməyən meyvələrdən alaq. Uşaqların sağlamlığına görə, öz sağlamlığımıza görə".
Həkimlər və mütəxəssislər vaxtından tez yetişən məhsullardan dadıb fəsadını görməmək üçün nəfsimizə hakim kəsilməyi məsləhət görür.
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gübrə ilə yetişdirilən məhsullar orqanizmimizdə hansı fəsadlara yol açır?
21 İyun 2014 18:24
0 Şərh
Baxış: 1 299

DİGƏR XƏBƏRLƏR
-
Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
-
Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
-
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
Dubay şokoladları ilə bağlı saxta məhsul xəbərdarlığı – Ölümcül risk var
-
Bu konfetləri yeməyin - Tərkibində xərçəng yaradan maddə tapıldı
XƏBƏR LENTİ
-
Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
-
Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
-
Daha bir məşhur cütlük ayrıldı
-
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
-
Giza piramidalarının altında sirli yeraltı şəhər tapıldı
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
Zümrüd efirdə ağladı: “Qızım 10 ildir ki, atası ilə görüşmür” - VİDEO
-
Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO
-
Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"
-
AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirildi - FOTO
-
"Fənərbağça" 2 məşhur futbolçu üçün hərəkətə keçdi
-
Tolik həbs olunacaq?
-
Benziadan “Qarabağ”a vida mesajı
-
Bu ərazilərdə qaz olmayacaq - yenilənib
-
“52 yaşlı xanımla görüşdüm” - VİDEO
-
Hindistanda DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI - 310-dan çox insan həlak oldu - YENİLƏNİB - VİDEO - FOTOlar
-
"Qalatasaray" dünya ulduzunu transfer etdi
-
Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb - FOTO
-
“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO
-
Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - yenilənib - VİDEO
-
Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏB
-
Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar - siyahı - FOTO