Sağlamlıq

"Donuz qripi" geri döndü: Yüzlərlə insan öldü

31 Yanvar 2014 16:59
0 Şərh     Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Donuz qripi" kimi tanınan A(H1N1) virusu yenə də Meksikadan sürətlə bütün dünyaya yayılmağa başlayıb.

2009-cu ildə bu virus ilk dəfə Meksikada aşkarlanmışdı və dünyada pandemiya şəklində yayılaraq yüz minlərlə adamın ölümünə səbəb olmuşdu.

Virtualaz.org xəbər verir ki, yanvarın əvvəllərindən etibarən Meksikada 2300-ə yaxın adam bu virusa yoluxub, onlardan 251-i ölüb. Ölüm hallarının yarısı son bir həftədə baş verib. Bildirilir ki, Meksikada qrip əlamətləri ilə həkimlərə müraciət edənlərdən 90 faizində məhz "donuz qripi" virusu aşkar edilib.

Meksikanın Səhiyyə Nazirliyi virusun yayılmasının qarşısını almağa çalışır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.