Sağlamlıq

Təbii meyvə şirələri şəfa mənbəyidir - FOTO

31 Yanvar 2014 15:24
0 Şərh     Baxış: 2 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirəsini çəkmək üçün ancaq təbii, geni dəyişməmiş meyvələrdən alın

Alimlər sübut ediblər ki, meyvə şirələri 1001 dərdin dərmanı ola bilər.

Anspress-in məlumatına görə, şirəsini çəkmək üçün genetik modifikasiyaya uğramış gözəl görünüşlü yox, məhz çürük qurdlu meyvələri almaq lazımdır. Təbii onların şirəsini çəkərkən təmizləmək lazımdır. Bilməlisiniz ki, meyvədə əgər qurd varsa, deməli, o meyvə vitaminlə zəngindir və geni dəyişilməyib.

Qreyfrut şirəsi yuxusuzluğu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin S ilə zəngindir. İmmuniteti artırır.

Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Bu şirə dəmirlə zəngindir. Bu səbəbdən qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır. Alma iştah açır. Yeməkdən qabaq içiləndə iştahı artırır. Ancaq geni dəyişilmiş alma yox, bazarda satılan çürük, qurdlu almanı alın. Vitamin onlardadır.

Albalıya qırmızı rəngi verən "antosiyanın" maddəsi hüceyrə yeniləmə, yəni antioksidant xüsusiyyətinə sahibdir. Bu səbəbdən gündə bir stəkan albalı suyu içmək bədənin gündəlik antioksidant ehtiyacını qarşılayır. Ürək və damar narahatlıqlarından xərçəngə qədər, xəstəlik riskini azaltmağa köməkçi olan vişnə, əzələ ağrılarının yüngülləşdirilməsi, yaddaşın inkişafı və çəki tənzimləmə kimi mövzularda da təsirli olur. Sidik qovucu xüsusiyyətləri mədə və qaraciyərin nizamlı olaraq işinə köməkçi olur. Albalı suyunu dadlandırmaq üçün nanə yarpağı istifadə edə bilərsiniz.

Nar suyunun prostat vəzidə xərçəng hüceyrələrinin inkişafına mane olduğu müəyyənləşib. Həmçinin nar suyu prostat xərçənginin sümüyə keçməsinin də qarşısını alır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.