Qadınlar gözəllik üçün demək olar ki, hər şey etməyə hazırdır. Çox vaxt da bu gözəlliklər sahiblərini qurbana çevirir. Gizli təhlükələrdən xəbəri olmayan xanımlar isə gözəl görünüşləri ilə göz oxşayırlar. Gözəllik gətirdiyi zənn edilən "vasitələrdən" biri də qadın dırnaqlarıdır.
Xanımların fikrincə, daha uzun dırnaqlar sahibinin əlini daha incə və daha baxımlı göstərməyə qadirdir. Bu cür dırnaqların əks cinsin nümayəndələrinin də xoşuna gəldiyini düşünən xanımlar aylarla, illərlə dırnaq uzatmaqdan çəkinmirlər. Uzada bilməyənlər isə alternativ üsullardan istifadə edirlər.
Uzun dırnaqlar gözəllik mənbəyidir düşüncəsi beyinlərə o qədər yeridilib ki, artıq dırnaq uzada bilməyən xanımlar süni dırnaqlardan istifadə edirlər. Bir neçə il əvvəl süni dırnaqlar plastik materialdan xüsusi kleylərlə yapışdırılırdısa, zaman keçdikcə dırnaqlar daha da etibarlı hala gətirildi. Belə ki, əvvəllər tez-tez qopan süni dırnaq sahibini utandırırdısa, indi qoyulan süni dırnaqlar aylarla dırnaqdan çıxmır. Bu isə sahibinə rahatlıq və özünə əminlik gətirir.
Bakı sakini Sona Cabbarova dırnaq saxlamağın tam əleyhinədir. Deyir ki, qadın əgər evində, ailəsində yemək bişirir, uşaqlarının qayğısına qalırsa, uzundırnaqlı olması heç də gözəl görünmür: "Mənə kimsə uzun dırnaqları ilə yemək bişirib gətirsə, şəxsən mən onu yeməkdən imtina edərəm. Natəmizlikdir. Hətta elə dırnaqlar var ki, insan baxanda ürəyi bulanır. Dırnağa gözəllik deyib uzadanlar heç olmasa onun təmizliyinə baxsınlar".
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, uzun dırnaqlar təhlükə mənbəyidir. Dırnaqların arasında infeksion, qurd xəstəlikləri, bakteriyalar yerləşir. Bunun nəticəsində də mədə-bağırsaqda, hətta qanda xəstəliklər meydana gələ bilər: "Sağlam və uzun dırnaqlara hər kəs sahib ola bilmir. Çünki əllər müxtəlif olduğu kimi dırnaqlar da müxtəlifdir. Uzun dırnaqların ziyanı ondadır ki, mikrob mənbəyidir. İkincisi, ətə batma ehtimalı çoxdur. Bir dəfə ətə yeriyən dırnaq sonra buna vərdiş edir. Daim ya manikür, pedukürə, ya da dırnaq çıxartdırmağa alışmaq lazımdır. Bundan əlavə, çirkli dırnaqlar bədənin istənilən hissəsində cızılmalar yaradarsa, xüsusən üzdə və yanaqda mikrob keçməsi və sızanaqların yaranması qaçılmazdır. Qısa, boyasız sağlam dırnaqlar həm gözəl, həm də daha təhlükəsizdir".
Dini nöqteyi nəzərdən də dırnağın saxlanması günah hesab olunur. Dırnaqların uzanan hissəsinin kəsilməyi insan sağlamlığı baxımından vacib hesab olunur. Hacı Kamilin sözlərinə görə, 5 vacib təmizlikdən biri də dırnaq tutmaqdır. Dırnaqlar uzandığı vaxt ətlə dırnağın arasına çirkli və içərisində mikrob və bakteriya olan qalıqlar daxil olur. Xüsusilə də əl barmaqları bədənin demək olar ki, hər yerinə, ən əsası isə yemək yeyildiyi vaxt ağıza toxunduğuna görə mikrobları yayması da təbiidir: "Dəstəmaz aldıqda və ya qüsl edərkən su dırnaqların altına keçməlidir. Bu, şərtdir. Murdar şeylərlə dolu olduğuna görə həmin yerlərə su çatmasa, təmiz olmur. Gözəllik məqsədi ilə olsa da, hətta təmiz saxlansa belə, dırnaq uzatmaq düz deyil".
Uzun dırnaqların ziyanından qorunmaq üçün ən əhəmiyyətli məsələ onları dişləmək, qoparmaq, daim ağızda saxlamaqdandan çəkinməkdir. Dırnağınız boyunca kiçik bir kəsik belə bakteriya və ya göbələklərin dırnağa girməsinə və infeksiyaya gətirib çıxarmasına kifayətdir. Dırnaqlar yavaş-yavaş böyüdüyü üçün yaralanmış bir dırnaq bu yaranın izlərini bir neçə ay boyunca daşıyar.
Dermatoloqun sözlərinə görə, bu gün manikur ustalarının əksəriyyəti uzundırnaqlı xanımlara məsləhət görür ki, onlar dırnaqlarının üst qatında olan dərini kəssinlər. Dırnaq dərisinin üst hissəsinin kəsilməsi dərinin üzuyuxarı yığılmasına, mikrob düşərsə şişməsinə, yara olmasına səbəb ola bilər: "Dərini kəsməkdən başqa əgər xanımlar mütləq uzundırnaqda gəzməyə qərarlıdırsa o zaman dırnaqları sadəcə "pilka" ilə təmizləməlidir. Qulaq çöplərini spirtlə isladıb dırnağı iç tərəfdən daim təmizləmək lazımdır. Ən az gündə iki dəfə bu yolla təmizlənən dırnaqların təhlükəsi yarıbayarıya enmiş olar. Bu qədər məsuliyyətli xanımların olması isə insanda şübhə doğurur. Buna görə, sağlamlıq üçün ən rahat üsul dırnaqların qaydasında kəsilməsidir".
Süni dırnaqlara meyl edən qadınlar da diqqətli olmalıdır. Çünki belə dırnaqların da insana zərərli olub-olmaması bir sıra alimlər tərəfindən araşdırma mövzusudur. Amerika alimləri həyəcan təbili çalır. Gözəllik salonlarında süni uzadılan dırnaqlar insan həyatı üçün təhlükə mənbəyi ola bilər. Bu dırnaqlar gözəl göründüyü qədər də təhlükəlidir. Bu prosedurlar zamanı qadının aldığı ultra bənövşəyi şüalar dəri xərçənginin ilkin səbəbidir. Hər il dünyada minlərlə qadının yolu məhz gözəllik salonlarından sonra onkoloji xəstəxanalardan keçir. Aparılan araşdırmalar sonunda, alimlər əmindirlər ki, dırnaq qaynağı həyatınızı təhlükəyə atan gözəllik prosedurlarının sırasında liderlik edir.
Ekspress.az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Barmaqlarda gizlənən təhlükə
5 Oktyabr 2013 17:00
2 Şərh
Baxış: 15 791

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
Xamenei: İran özünə qarşı da təcavüzə yol verməyəcək
-
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb
-
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
-
"Ona "sevgilim" deyirdim" - FOTO
-
Xameneinin yerinə varis seçilir - İki namizəd var
-
İran təcili bəyanat yaydı