Sentyabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzində Sağlamlıq imkanları məhdud uşaqların psixo-fiziki inkişafına dəstək Mərkəzinin açılışı olub.
Açılışda nazirliyin və ayrı-ayrı əlil təşkilatlarının nümayəndələri iştirak edib. Bu barədə çərşənbə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Yeni mərkəz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək" İctimai Birliyi tərəfindən yaradılıb.
Mərkəzin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların reabilitasiyasının yalnız tibbi üsullarla (dərman, aparat fizioterapiyası və s. istifadə edilməklə) deyil, qabaqcıl dünya təcrübəsinə istinad olunmaqla, sosial tibbi model üzrə, yəni aktiv fizioterapiya, ergoterapiya, oyun terapiyası, art terapiya kimi müasir metodlar əsasında aparmaqdır. Çünki təcrübə göstərir ki, belə reabilitasiya metodları həmin uşaqlar üçün ənənəvi reabilitasiyadan daha effektiv təsir göstərir.
Mərkəzdə Daun sindromu, autizm sindromu, nitq problemi, diqqət və yaddaş pozğunluğu, Pil, əzələ bağlılığı və tonusu olan uşaqların müəyyən olunması üçün müasir metodlarla diaqnozlar qoyulacaq, hər bir uşağa fərdi inkişaf planı üzrə xidmətlər göstəriləcək.
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni mərkəz fəaliyyətə başladı - FOTO
3 Sentyabr 2013 15:42
Baxış: 2 345

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
-
Tunar buna görə efirdən uzaq düşübmüş
-
Dörd bürc "qaz vurub, qazan dolduracaq"
-
Bunu hərgün için - Bağırsaqları qoruyur
-
Limon sıxıb içəndə faydası 2 dəfə artır
-
Estetik etdirib özünü tanınmaz hala saldı - FOTO
-
Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
-
Yayın sevilən meyvəsi kişilərin yataq performansını artırırmış
-
Xırıltı, öskürək, nəfəs darlığı: Bu simptomlara diqqət!
-
"Şəbnəmin hansı "keyfiyyətli" işindən danışırsınız?"
-
Gecə Bakıda "meteor yağışı"nı izləmək mümkün olacaq
-
Nazarbayevin xanımı xəstəxanaya yerləşdirilib
-
Motosiklet və moped sürücülərinin nəzərinə! - VİDEO
-
“Məni Almaniyadan buraxmaq istəmirdilər”
-
İqtisadi tənəzzülə hazır olmalıyıq - AİB prezidenti
-
Günün qoroskopu: Niyyətlərinizi aydınlaşdırın
-
Vüqar Həşimovun bacısına vəzifə verildi
-
Azərbaycan futbolunda ilk - Kişi komandasında qadın məşqçi
-
Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır - VİDEO
-
Bu sosial platforma tarixə qovuşdu
-
"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı ola bilər
-
UEFA Çempionlar Liqasının yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldular
-
“Yaxşı edib Orxana Sarayda konsertə icazə verməyiblər”
-
Apple telefonları “böləcək”