Yay aylarında insanların ən çox əziyyət çəkdiyi hallardan biri də evlərdə həşəratların artmasıdır. Təbii ki, belə hallarda adətən həşəratlara qarşı dərmanlardan istifadə edirik. Amma çox vaxt da bunun orqanizmimizə hansı ziyanı vuracağını göz altına almırıq.
Dükanlarda və bazarlarda satılan belə dərmanların alıcıları da az deyil. Sulu, sprey və toz halında olan bu dərmanlar 1 manatla 6 manat arasında dəyişir və hər biri insan orqanizmi üçün olduqca təhlükəlidir. Evdə istifadən əlavə dəri üçün spreylər və mazlar da mövcuddur ki, belə dərmanların istifadəsindən sonra ağcaqanad, gənə və bu kimi insan orqanizminə təsir edən həşəratlar insana yaxınlaşmır. Son dövrlər belə dərmanlara da tələb artır, lakin bundan ehtiyat edənlər də az deyil. Çünki bu tip dəriyə vurulan dərmanlar insanda zəhərlənmələr yarada bilər. Xüsusən, azyaşlıların dərisi bu dərmanlara qarşı həssas olduqlarından dərmanlar qorumaqdan çox ziyan vura bilər.
Bakının "Nəsimi" bazarı yaxınlığında olan xırdavat dükanında da həşərat dərmanları satılır. Xüsusi paketlərdə olan toz halındakı dərmanların üzərində heç bir istifadə qaydası yoxdur. Satıcı Zaman Əliyev bildirir ki, belə dərmanların istifadə şərtlərinin olması vacib deyil. Bu, evdə olan tarakan, qarışqa, yaxud siçan kimi yerdə gəzən həşərat və heyvanlar üçündür. Yerə toz halında səpilir və bu tozla təmasda olan həşərat zəhərlənir: "Üstünün istifadə qaydası yoxdur. Belə gəlir. Biz özümüz də başqa bazardan alırıq. Sadəcə, xəbərdarlıq edirik ki, əlcəklə səpilməlidir. Təbaşir formalı dərmanlar da mövcuddur. Belə dərmanların üstünlüyü ondadır ki, əl-ayaq dəymir. Şkafların arxasına çəkirsən. Mənfisi odur ki, uşaqlar üçün diqqət çəkəndir. Görünüşcə eynilə təbaşirdir. Bir də sprey tərzi dərmanlar var ki, bunlar daha təhlükəlidir. Evə səpildikdən sonra evi bir müddətlik tərk etmək, evə qayıtdıqdan sonra isə havanı dəyişmək lazımdır. Bu da təhlükəlidir, çünki qoxusu şirindir və uşaqların diqqətini çəkə bilir. Belə dərmanların nə istifadə qaydası? Alan bilir ki, zəhərdir, ağzına, burnuna vurmamalıdır".
Toksikoloq Azadə Həsənovanın sözlərinə görə, həşərat dərmanlarından zəhərlənən insanların sayı bəlli olmasa da böyük ehtimal ki, az deyil. Belə dərmanlar insanda dərhal ağır nəticələr göstərmədiyinə görə, insanlar bunun effektindən çox tez çıxırlar və nəticədə həkimə ehtiyac qalmır. Lakin bu o demək deyil ki, bütün dərmanların nəticəsi belə xoş sonluqla bitir: "Əvvəla qeyd edim ki, dərmanların mütləq istifadə qaydası və nə qədər istifadə olunması haqqında içlik vərəqəsi olmalıdır. Olmayan dərmanların istifadəsi düzgün deyil. İkincisi, belə dərmanlar uşaqlı evlərdə çox həssaslıqla istifadə edilməlidir. Bəzən valideynlər buna fikir vermirlər. Adi ağcaqanad həblərini yandırırlar, lakin bunun özü uşaqlar üçün olduqca təhlükəlidir. Elə spreylər var ki, onlar evdə sıxıldığı təqdirdə insanların evdən çıxmasına ehtiyac yoxdur. Bu zaman da mümkün qədər çox spreydən istifadə olunur. Əslində 30 kvadrat metrlik bir məkana 5 saniyəlik sprey sıxılması kifayətdir".
Spreylərdən istifadə olunarkən açıqda olan qidaların, hətta suyun belə ağzı bağlanılmalıdır. Sprey mümkün qədər divar diblərinə doğru sıxılmalıdır ki, havaya qalxan dərman zərrəcikləri masaya, divana, yerə çökməsin. Daha sonra ikitərəfli havalandırılan otağın mümkün qədər pəncərəsi açıq saxlanmalıdır. Toz halında olan həşərat zəhərlərindən istifadə zamanı da diqəətli olmaq lazımdır. İməkləyən uşaqlar üçün ölüm mənbəyi olan bu tozlar mümkün qədər əl və ayaq dəyməyən yerlərə tökülməlidir. Ayağa dəydiyi halda bütün evə yayıla bilən bu tozlar evdə olan körpələrin zəhərlənməsi üçün də real təhlükədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, kimyəvi etiologiyaya malik zəhərlənən şəxslər təcili tibbi yardım göstərilməsi üçün stasionar müəssisələrə müraciət edənlərin 15-20%-ni təşkil edir. Bunların əksər hissəsi səhvən kimyəvi vasitələrin daxilə qəbul edilməsi nəticəsində zəhərlənənlər, məişət kimyası vasitələrindən düzgün istifadə etməyən insanlardır. Müxtəlif yollarla insan orqanizminə daxil olaraq kəskin zəhərlənmələrə səbəb olan potensial toksiki kimyəvi maddələrin sayı 500-dən çoxdur.
Toksikoloq bildirir ki, zəhərlənmələrdən şübhələnən insanlar buna ciddi reaksiya verməlidir. Doza hər nə qədər az olsa da hər insan orqanizmi müxtəlifdir və birinə təsir etməyən dərman digərini şoka sala bilər: "Həşərat dərmanlarından zəhərlənən insanlarda mədə bulantısı, qusma, ağızda pis dad, soyuqdəymənin əlamətləri kimi əlamətlər müşahidə olunur. Allergik reaksiyası olan insanlarda, xüsusən astmadan əziyyət çəkənlərdə sprey dərmanlarının təsiri daha tez üzə çıxır. Dərmandan istifadə edilsə belə, mütləq pəncərə açıq olmalı, uşaqlar qapalı yerdə saatlarla yatmamalıdır. İndi doğulan uşaqlar allergik olurlar. Həmin dərmanlar uşaqların tənəffüs sistemində fəsadlar törədə bilər, öskürək, boğulma, dərisində qızartılar meydana gətirə bilər. Dərman artıq öz təsirini göstəribsə zərərçəkəni təmiz havaya çıxarmaq lazımdır. Zəhərləndiyindən şübhə edilən insan mütləq həkimə aparılmalıdır".
Qeyd edək ki, bu tip dərmanların evdə əl altında saxlanılması da azyaşlıları ölüm riski ilə üz-üzə qoymaq deməkdir. Dərmanlar əl altına qoyulmamalı, hətta uşaqların görə bilməyəcəyi yerlərdə gizlədilməlidir.
Ekspress.az
DİGƏR XƏBƏRLƏR
- Yuxuda heyva görmək hansı mənaya gəlir?
- Qışda isinərkən etdiyiniz səhv – Sağlamlığınıza ziyan vurur
- Virusların "qorxulu yuxusu" - Antioksidant tərkibli 5 meyvə
- ÜST: “Səs-küy insan sağlamlığı üçün gizli təhlükədir”
- Tibbdə fantastika - ABŞ-də robot təkbaşına ağciyər tansplantasiyası etdi - FOTO
- Avadanlıqların uzun müddət fəaliyyət göstərməsi üçün VACİB MƏQAMLAR
XƏBƏR LENTİ
- Rusiyalı idman nazirinin sərxoş halda "rəqs şou"su - VİDEO
- Bakı həbsxanasında ÖLÜM
- Restoranların bizə təklif etdiyi ucuz setlərin təhlükəsi var?
- İstanbula getmək istəyənlərin NƏZƏRİNƏ: bəzi uçuşlar ləğv edildi
- Səidə bu məşhura görə verilişə gəlmədi
- Türkiyədə avtomobil "güllə yağışı"na tutuldu: ölən və yaralılar var
- Millimizi qələbəyə həsrət qoyan Santuş göndərilir?
- Berbokun COP29 şousu: yalan, iftira, böhtan
- Məktəb direktoru qəzada öldü - FOTO
- Juninyo "Qarabağ"dan getmək istəyir - bu səbəbə görə
- Nofər Məmmədəliyev işdən çıxarıldı - FOTO
- Nəfəsin xəstəlik aşkarlanan oğlu ilə söhbəti hamını KÖVRƏLTDİ - VİDEO
- Azərbaycanda gəmilər satışa çıxarıldı - QİYMƏTLƏR
- Rusiyada yaşayan azərbaycanlılar oxusun: 1 gün qaldı
- 19 yaşlı qız oteldə içkidən zəhərlənib öldü
- Zelenski bu məşhurların Fəxri Adlarını əllərindən aldı
- Türkiyədə tanınmış baş məşqçi öldürüldü
- Trendyol COP29-da - FOTO
- Xətaidə küçədən meyit tapıldı
- Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
- Xalq artisti: "Sən, heç "sənətin qapısı" nədir, onu görməmisən" - VİDEO
- Ərdoğandan daxili işlər nazirinə hücuma REAKSİYA
- Bakıda məşhur stadion söküləcək?
- Tanınmış sığorta şirkəti ləğv edilir