Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qırmızıya bürünmüş xəstəlik...
2 İyul 2013 03:02
0 Şərh
Baxış: 20 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daha çox 3-10 yaşlı uşaqlar arasında təsadüf olunan xəstəliyin aşkarlanması 860-cı ilə təsadüf edir. Xəstəlik ilk dəfə fars həkim Razi tərəfindən müəyyən olunub. Ancaq XVII əsrdə ingilis həkim Tomas Sydenhem tədqiqat nəticəsində qızılca ilə çiçək xəstəliyinin fərqini açıqlayaraq qızılcaya "böyük xəstəlik" adını verib. Xəstəlik daha çox yaz və yay aylarında özünü büruzə verir.
El arasında bu xəstəliyə yoluxmuş uşaqların üzəri qırmızı parça ilə örtülərək bunun vasitəsi ilə onların tez sağalacağına və xəstəlyin yüngül keçəcəyina inanc formalaşıb.
Səbəbkar, infeksiya
Həkim-pediatr Elza Abbasovanın sözlərinə görə, son vaxtlar uşaqlar arasında qızılcaya yoluxanların sayı artıb. Buna əsas səbəb valideyinlərin uşaqlarını vaxtında qızılca əleyhinə peyvənd etdirməməsidir: "Xəstəliyin səbəbkarı olan infeksiya xəstələrin burun və ağız ifrazatında meydana gəlir. Tənəffüs sisteminə daxil olan virus selikli qişanı zədələyir, orqanizmdə xüsusən də linfa toxumalarında çoxalaraq daha sonra qana keçir".
Xəstəliyin gedişatı
Həkim deyir ki, xəstəliyin özünü büruzə vermə dövrü 9-10 gündən sonra başlayır. 14-15-ci gündən etibarən xəstəliyin yüksək inkişaf dövrüdür. Orqanizmdən asılı olaraq bu müddət 17-21 günə qədər uzana bilər. Daha sonra infeksiyanın gedişatı dayanır və qanda da virusa rast gəlinmir. Ancaq sidikdə bu infeksiya bir müddət yaşama qabiliyyətinə malikdir. Virus ətraf mühitə ağızdan çıxan infeksion zərrəciklər nəticəsində yayılır. Bədən temperaturu 38-40 dərəcəyə qədər artır. Dəri səthində qırmızı rəngdə səpişik müşahidə olunur. Səpkilər əsasən üzdə, qulağın arxasında və boyun nahiyəsində yaranır daha sonra isə bütün bədənə yayılır. Kiçik ölçülü səpişiklərin içində sulu maye olur. 4-7 gün dəridə qalan səpkilər tədricən azalaraq dəri üzərində kiçik qabıqlanmalar meydana gəlir. Tam olaraq səpkilər isə iki həftə ərzində yoxa çıxır. Xəstəliyin ilkin əlaməti olaraq uşaqda süstlüyün olması, iştahsızlıq, yuxu pozğunluğu, gözlərdə qızartının əmələ gəlməsi və göz yaşının axması, xəstədə gözün selikli qişasında iltihablaşma və quru öskürək müşahidə olunur.
Balıq yağı və digər vasitələr
E.Abbasovanın dediyinə görə, qızılca infeksion xəstəlik olmasına baxmayaraq müalicə olunduğu təqdirdə elə də qorxulu deyil. Xəstəliyə səbəb olan virusun məhv edilməsinə yönəlik dərman vasitəsi yoxdur. Diaqnoz qan analizi vasitəsi ilə aparılır. Xəstə uşağa daim çay və ya qaynadılmış su vermək lazımdır. Südəmər uşağı süddən ayırmaq olmaz. Müalicə zamanı ilıq su ilə xəstənin gözləri yuyulur bədəninin isə nəm parça ilə silinməsi vacibdir. Uşağın burnuna nəfəs almanı asanlaşdırıcı damcılar tökülür. Qidalanmada əsasən sulu xörəkərə, meyvə-tərəvəzə üstünlük verilməlidir. Balıq yağından istifadə məsləhətdir. Uşağa yüksək teperaturunun olduğu nəzərə alınaraq məcburi olaraq qida verilməməlidir.
Xəstə ilə təmasdan çəkinmək
Həkim-pediatr bildirib ki, xəstəliyin ev şəraitində də müalicəsi mümkündür. Yoluxucu olduğu nəzərə alınaraq xəstə ilə təmasdan maksimum çəkinmək lazımdır. Onun üçün xüsusi otaq ayrılmalı, otağın havası 20 dərəcədən yüksək olmamalı, havalandırma sisteminə xüsusi nəzarət edilməlidir: "Xəstəlik virus mənşəli olduğu üçün antibiyotiklə müalicə tövsiyə edilmir. Ancaq, kəskin ağırlaşma nəticəsində bronxit, ağciyər iltihabı, irinli və bəlğəmli öskürək nəticəsində nəfəs almada çətinlik, limfa düyünlərinin iltihabında antibiyotiklərdən və daha effektli vasitələrdən istifadə edilə bilər. Ağırlaşmalar isə əsasən 5 yaşadək uşaqlarda və 20 yaşdan böyük insanlarda təsadüf edilir".
Xəstəlikdən necə qorunmalı?
E.Abbasova vurğulayıb ki, xəstəlikdən qorunmanın əsas üsulu uşağın peyvənd edilməsidir. Körpələrdə 9 aydan sonra aparılan vaksinasıya nəticəsində 95 faiz xəstəliyə tutulma riski azalır. 1 yaşdan yuxarı uşaqlarda isə qorunma 99 faizə yüksəlir. Bu səbəbdən immun sistemi güclənir və xəsətliyə yoluxma minumuma enir. Yoluxma baş versə belə xəstəlik çox yüngül keçir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı"ndan sonra son 3 ildə demək olar ki, bu xəstəliyə yoluxma minimuma enib. Buna baxmayaraq xəstəliyin yayılmasının qarşısının alınması və profilaktikası üçün Səhiyyə Nazirliyi tərəfində hər il vaksinasiya tədbirləri həyata keçirilir.
Zəhra
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)