Sağlamlıq

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

5 May 2026 00:44
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.

Milli.Az xəbər verir ki, isti su evlərdəki su qızdırıcılarında və köhnə boru xətlərində daha uzun müddət qaldığı üçün qurğuşun, mis və nikel kimi metalları həll edərək tərkibinə çəkə bilir.

Xüsusilə köhnə tikililərdə boruların vəziyyəti metal yığılması riskini daha da artırır.

Ev tipli su qızdırıcılarında su adətən 40-60 dərəcə arasında olur ki, bu temperatur aralığı bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.

Niyə soyuq su üstün tutulmalıdır?
Soyuq su birbaşa şəbəkədən gəldiyi üçün metal yığılmasına daha az məruz qalır.

Yemək hazırlayarkən, içkilər düzəldərkən və ya körpə qidası kimi həssas məhsullar hazırlayarkən mütləq soyuq sudan istifadə edilməlidir.

Təhlükəsiz istifadə üçün tövsiyələr
Yemək bişirərkən hər zaman soyuq su ilə başlamaq tövsiyə olunur.

Uzun müddət istifadə edilməyən kranı bir müddət axıtdıqdan sonra istifadə etmək lazımdır.

Ehtiyac olduqda sertifikatlı su filtrlərinə üstünlük verilməlidir.

Hamilə qadınlar və uşaqlar üçün bu mövzuda ekstra diqqət göstərilməlidir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.