Yaz yorğunluğu - Qarşısını necə alaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır.
Milli.Az xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerji azalmasına səbəb olur.
Türkiyəli terapevt Yunus Coşkunun sözlərinə görə, bu hal adətən müvəqqəti olsa da, yorğunluq, baş ağrısı, yuxusuzluq, motivasiya itkisi və diqqət dağınıqlığı kimi əlamətlərlə gündəlik həyat keyfiyyətini aşağı sala bilər. Xüsusilə qapalı məkanlarda uzun müddət çalışan şəxslərdə bu simptomlar daha çox müşahidə olunur.
Həkim qeyd edib ki, yaz yorğunluğunun təsirini azaltmaq üçün sadə vərdişlər kifayət qədər effektlidir. Mütəmadi yuxu, balanslı qidalanma, kifayət qədər su qəbulu və gündəlik yüngül fiziki aktivlik orqanizmin uyğunlaşmasını asanlaşdırır. Səhər saatlarında günəş işığından faydalanmaq və açıq havada vaxt keçirmək də enerji səviyyəsini artırır.
Həkim həmçinin stressin idarə olunmasının vacibliyini vurğulayır. Nəfəs məşqləri, açıq havada gəzinti və rahatladıcı fəaliyyətlər həm fiziki, həm də psixoloji tarazlığı qorumağa kömək edir.
Qeyd olunur ki, bahar yorğunluğu adətən bir neçə həftə ərzində öz-özünə keçib gedir. Lakin uzunmüddətli yorğunluq hallarında diqqətli olmaq lazımdır. Çünki qanazlığı, qalxanabənzər vəzi problemləri, infeksiyalar, yuxu pozğunluqları və depressiya kimi xəstəliklər də oxşar əlamətlərlə özünü göstərə bilər. Bu səbəbdən simptomlar davamlı olduqda həkimə müraciət etmək tövsiyə olunur.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
XƏBƏR LENTİ
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım





