Kimlər gündüz yatmalıdır, kimlər yox?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahət iş qabiliyyətini əhəmiyyətli dərəcədə artıra, diqqəti gücləndirə və sinir sistemini həddindən artıq yüklənmədən qoruya bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, günorta yuxusu hər kəs üçün eyni dərəcədə faydalı deyil. Bəzi insanlar üçün bu vərdiş axşam saatlarında yuxusuzluğa, halsızlığa və orqanizmin bioloji ritmlərinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən günorta yuxusuna ehtiyac şəxsi sağlamlıq vəziyyəti və həyat ritmi nəzərə alınaraq qiymətləndirilməlidir.
Kimlər üçün günorta yuxusu daha faydalıdır?
Milli.Az xəbər verir ki, ntensiv işləyənlər, qeyri-sabit iş qrafiki olanlar, xroniki yorğunluqdan və yüksək stressdən əziyyət çəkənlər qısa istirahətdən sonra özlərini daha gümrah hiss edirlər. Təxminən 20-25 dəqiqəlik dincəlmə hormonal balansın tənzimlənməsinə, stress hormonunun azalmasına və ürək-damar sisteminin qorunmasına müsbət təsir göstərir.
Günorta yuxusuna ehtiyac yeniyetmələr və yaşlı insanlar arasında da daha çox müşahidə olunur. Yeniyetmələrin orqanizmi və beyni inkişaf mərhələsində olduğu üçün gün ərzində enerji səviyyəsini sabit saxlamaq çətinləşir. Yaşlı insanlarda isə gecə yuxusunun daha tez-tez bölünməsi və erkən oyanmalar günorta qısa dincəlmə ilə kompensasiya olunur. Bu hallarda günorta yuxusu sadəcə vərdiş deyil, orqanizmin təbii tələbatı kimi qiymətləndirilir.
Kimlər günorta yuxusundan uzaq durmalıdır?
Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, günorta yuxusu hər kəs üçün uyğun deyil. Yuxusuzluqdan əziyyət çəkən, gecələr tez-tez oyanan və ya ümumi yuxu rejimi pozulmuş şəxslərə günorta saatlarında yatmaq tövsiyə edilmir. Çünki bu, orqanizmə yuxu ehtiyacının qismən ödənildiyi siqnalını verir və axşam saatlarında yuxuya getməyi çətinləşdirir.
Günorta yuxusundan sonra özünü daha halsız hiss edən, oyanmaqda çətinlik çəkən və günün qalan hissəsində enerjisinin azaldığını müşahidə edən insanlar üçün də bu vərdiş arzuolunan deyil. Xüsusilə qalxanabənzər vəz problemləri, aşağı arterial təzyiq və depressiv meyllər olan şəxslərdə günorta mürgüləməsi bəzi simptomları daha da gücləndirə bilər.
Günorta yuxusunu necə düzgün təşkil etmək olar?
Əgər günorta yuxusu sizə müsbət təsir göstərirsə, onun düzgün təşkil edilməsi vacibdir. Mütəxəssislər üçün ən uyğun vaxt 13:00-15:00 aralığı hesab olunur. Bu zaman orqanizmdə enerji səviyyəsi təbii olaraq azalır. Yuxunun müddəti isə 20-30 dəqiqədən artıq olmamalıdır, çünki daha uzun yuxu dərin fazalara keçidə səbəb olur və oyanmanı çətinləşdirir.
Rahat mühitin yaradılması da mühüm şərtlərdən biridir. Otağın işığını azaltmaq, elektron cihazlardan uzaq durmaq və səssiz şərait təmin etmək tövsiyə olunur. Oyanandan dərhal sonra bir qədər hərəkət etmək və ya su içmək isə orqanizmin daha tez aktiv rejimə qayıtmasına kömək edir. Bu qaydalara əməl etməklə günorta istirahətini gecə yuxusuna zərər vermədən faydalı vərdişə çevirmək mümkündür. (lent.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib





