Qışda üz dərisi niyə tez qocalır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış aylarında dərinin daha tez qocalmasının səbəbləri açıqlanıb.
Milli.Az xəbər verir ki, rusiyalı həkim-kosmetoloq Yelena İlçukun sözlərinə görə qışda dəri həm soyuq hava, həm də qapalı məkanlarda istilik sistemləri səbəbindən daha çox nəmini itirir. Çöldə hava soyuq və quru olur, ev və ofislərdə isə istilik sistemi havanı qurudur. Bu da dəridə suyun daha sürətlə buxarlanmasına gətirib çıxarır.
"Qışda hətta normal dəri belə özünü quru və həssas kimi aparır. Dəri dartılır, qabıqlanır və xırda qırışlar daha aydın görünür", - deyə İlçuk qeyd edib.
Həkimin sözlərinə görə, temperatur fərqləri də dərinin vəziyyətinə mənfi təsir göstərir. Soyuqda üz damarları daralır, isti məkana daxil olduqda isə genişlənir. Gün ərzində bu halın tez-tez təkrarlanması kapilyar şəbəkəni zəiflədir, qızartı və yanma hissini artırır.
"Xüsusilə qızartıya və rozaseaya meyilli insanlarda bu proses daha aydın hiss olunur. Dəri daha tez yorğun və yaşlı görünməyə başlayır", - deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, qışda smartfondan uzun müddət istifadə də dərinin qocalmasını sürətləndirə bilər. Ekranlardan yayılan mavi işıq oksidləşdirici stressi artırır, gec saatlara qədər telefona baxmaq isə yuxu keyfiyyətini azaldır.
"Xroniki yuxusuzluq dərinin bərpa prosesini zəiflədir və qocalma əlamətlərini gücləndirir", - deyə İlçuk vurğulayıb.
Həkim qış aylarında dərini qorumaq üçün qulluq rejiminin dəyişdirilməsini tövsiyə edib. Onun sözlərinə görə, sərt təmizləyici vasitələrdən uzaq durmaq, daha qatı və nəmləndirici kremlərdən istifadə etmək, həmçinin otaqlarda havanı nəmləndirmək faydalıdır.
"Qışda məqsəd dərini gəncləşdirmək deyil, onu daimi stress vəziyyətindən çıxarmaqdır. Daha az quruluq, daha az temperatur fərqi və daha keyfiyyətli yuxu dərinin sağlam görünməsinə kömək edir", - deyə mütəxəssis yekunlaşdırıb.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Sabah" "Slaviya Praqa"ya qarşı
-
BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
-
Azərbaycan nefti büdcə qiymətini iki dəfə üstələdi
-
Çempionlar Liqasında bu gün 9 oyun keçiriləcək
-
Vlahoviç “Beşiktaş”da rekorda imza atdı
-
Bakı metrosuna 302 milyon dollar kredit ayrıldı
-
“44”ün qəhrəmanları - (Video)
-
Aeroport şosesində qəza: “Koroğlu” istiqamətində sıxlıq yarandı - (Video)
-
Qabyuyan vasitələr sağlamlığınıza zərər verə bilər
-
Bibər qızardarkən ən vacib nüans - nə yanır, nə də partlayır
-
53 dollarlıq gəlinlik və 3 dəfə rədd edilən təklif: Hillari və Bill Klintonun gözlənilməz toyu - (Foto)
-
Qapağa paltar sancağı taxmağa başladılar - mətbəx hiyləsi
-
65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı
-
Keks bulud kimi qabarır - xəmirə bir qaşıq əlavə etmək bəs edir
-
“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” - Zülfiyyə İbadova
-
Atasının evinə getdi, canından oldu - (Video)
-
Qaynadıb suyunu içənlərin ürəyi yenilənir
-
"Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
-
Zelenskiyə etimad azalır? – Ukraynada prezidentlik üçün dörd namizədin adı çəkilir
-
Kiyevə dron zərbəsi endirilib, ölən və yaralananlar var
-
Bakıda ət niyə baha satılır? - (Video)
-
Günün qoroskopu: Dostluğun romantik müstəviyə keçdiyi uğurlu bir gündür
-
Vahid geyim bəhanəsilə məktəblərə hücum cəhdi: Məktəblərdəki insidentin pərdəarxası
-
Qırğızıstan 2027-ci ildə MDB ölkələrinin IV Oyunlarına ev sahibliyi edəcək





