Gərgin iş rejimi və gündəlik qayğılar sinir sistemimizi yorur. Lakin bəzi qidalar tərkibindəki vitamin və minerallar sayəsində bədəndəki kortizol (stress hormonu) səviyyəsini aşağı salır.
Milli.Az elm tərəfindən təsdiqlənmiş ən güclü "sakitləşdiricilər"i təqdim edir:
Tünd şokolad flavonoidlərlə zəngindir. Bu maddələr beyin qan dövranını yaxşılaşdırır və dərhal rahatlıq hissi verən endotermlərin ifrazını artırır. Gün ərzində kiçik bir parça yemək kifayətdir.
Xüsusilə qızılbalıq (salamon) və skumbriya kimi yağlı balıqlar Omeqa-3 yağ turşuları ilə zəngindir. Omeqa-3 stress hormonlarının qarşısını alır və depressiya riskini azaldır.
Mütəxəssislər balqabaq toxumunu "təbii antidepressant" adlandırırlar. Çünki o, sink və maqneziumla zəngindir. Maqnezium çatışmazlığı insanda əsəbilik və yuxusuzluq yaradır; bu toxum isə həmin boşluğu doldurur.
Yulaf beyində serotonin ("xoşbəxtlik hormonu") ifrazını tətikləyən mürəkkəb karbohidratdır. Səhər yeməyində yulaf yemək gün ərzində daha sakit və stabil ruh halında olmağınıza kömək edir.
Çobanyastığı çayı - sakitləşmək dedikdə ağıla gələn ilk bitkidir. Tərkibindəki antioksidantlar yuxu keyfiyyətini artırır və sinir gərginliyini yumşaldır.
Stressli anlarda şəkərli və unlu məmulatlara (fast-food, şirniyyat) qaçmaq səhvdir. Çünki şəkər qanda qəfil yüksəlib düşdüyü üçün insanı daha da əsəbi edir. Bunun əvəzinə yuxarıdakı təbii qidalara üstünlük vermək lazımdır.
Lalə Qüdrətova
Milli.Az





