Mədəniyyət

“Detache-Sabah” violinoçular ansamblının konserti baş tutub - FOTO

17 Mart 2026 17:15
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq müsabiqə laureatı "Detache-Sabah" violinoçular ansamblının konserti baş tutub.

Konsertin bədii rəhbəri Xalq artisti, professor Zəhra Quliyeva, müşayiətçi isə Səbinə Muradova olub.

Proqramda klassik və müasir bəstəkarların əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim edilib.

Konsert dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. İfa olunan əsərlər tədbir iştirakçılarının könlünü oxşayıb, unudulmaz anlar yaşadıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.