İdman

Ronaldu DÇ-2026-da kral kimi yaşayacaq: Lüks otel seçildi - FOTO

17 Mart 2026 17:05
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriştianu Ronaldu və Portuqaliya millisinin 2026-cı il dünya çempionatı zamanı məskunlaşacağı məkan bəlli olub. Komanda Floridada yerləşən beşulduzlu "Four Seasons Resort Palm Beach" otelində qalacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu lüks kurort öz imkanları ilə diqqət çəkir. Oteldə komandanı şəxsi çimərlik, Mişlen ulduzlu baş aşpazın çalışdığı restoran və üç hovuz (biri qapalı, ikisi açıq) gözləyir.

Məşq kompleksi oteldən 30 km məsafədə yerləşsə də, genişliyi ilə seçilir. On futbol meydançasından ibarət olan bu kompleks idmançıların hazırlığı üçün hər cür şəraitə malikdir.

Maraqlı məqam odur ki, bu otel həm də rəmzi məna daşıyır. Bir müddət əvvəl klublararası dünya çempionatı zamanı "Real" komandası da məhz bu məkanda məskunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.