Hisə verilmiş qidalarla bağlı XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Metro çıxışlarında, hərəkət intensivliyi olan yerlərdə hisə verilmiş qida məhsulları satılır. Bu məhsullar çox zaman qablaşdırılmadan, açıq şəkildə müştərilərə təklif olunur. Təbii ki, həmin məhsulların üzərində heç bir məlumat olmur.
Bu da ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu gün müxtəlif yerlərdə hisə verilmiş balıq, ət və pendir satılır:
"Qoxusuna görə çox insan bu məhsullara həvəs göstərir. Yaxşı olar ki, bu məhsulları alarkən onun mənşəyinə, istehsal və son istifadə tarixinə fikir verilsin. Bütün hallarda keyfiyyətli şəkildə hisə verilmiş məhsullardan istifadə məqsədəuyğundur. Amma bir çox hallarda bu məhsullar ev şəraitində, kustar üsullarla hazırlanır. Belə məhsullar daha çox təhlükə mənbəyidir".
Müsahibimiz qeyd edib ki, əsasən bu məhsullar hazırlanarkən quru ağacların budaqlarından istifadə edilməlidir:
"Amma çox zaman bu qayda gözlənilmir. Quru taxtadan, mebel qırıntılarından, laklı-boyalı talaşalardan istifadə edilir. Belə oduncaqdan istifadə edərkən ortaya zərərli maddələr çıxır ki, bu da bir başa hazırlanan məhsullara çökür. Bu da zəhərlənmə və sağlamlıq problemləri yaradır. Eyni zamanda hisə verilmiş məhsulları uzun müddət saxlamaq üçün kimyəvi maddələrdən, konservantlardan, rəngləndiricilərdən istifadə edirlər ki, bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də adı çəkilən məhsulları alarkən çox diqqətli olmaq lazımdır.
Hisə verilmiş məhsullar tez xarab olan qidalar sırasındadır.
Bu səbəbdən məhsulların üzərində istehsal və son istifadə tarixi hökmən olmalıdır. Ən əsası soyuq şəraitdə saxlanılmalıdır. Ümumiyyətlə bu qidaların hazırlanma, soyudulma və saxlanılma prosesinə ciddi riayət edilməlidir.
Belə olmayan təqdirdə həmin məhsulların tərkibində mikroorqanizmlər çoxala bilər ki, bu da ağır zəhərlənməyə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Hətta xərçəng riskini artırar.
Bundan əlavə, bu məhsullar hazırlanarkən duzdan çox istifadə edilir. Bu da orqanizmdə duz-su balansının pozulmasına, hiportaniya və böyrək xəstəliyinin yaranmasına səbəb olur. Həssas, allergiyaya meylilli, həzm problemləri olan insanlarda hisə verilmiş qidaları qəbul edərkən müəyyən həzm problemləri, qarın nayihəsində ağrı, şişkinlik və baş ağrısı yarana bilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
-
ABŞ İranla danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai" təqdim olundu - VİDEO





