Sağlamlıq

"Alzheimer" xəstəliyi atadan miras qalır? - Alimlər açıqladı

10 Aprel 2025 19:41
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Alzheimer" xəstəliyinin qadınlarda daha çox olduğu uzun müddətdir araşdırılan məsələlərdən biri idi. Lakin bu yaxınlarda aparılan bir araşdırma ataları Alzheimer xəstəsi olan uşaqların beyində tau adlı zəhərli zülalın yayılmasına daha çox meylli olduğunu göstərib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tau zülalı amiloid adlı başqa bir zülalla birləşərək lövhələr və dolaşıqlar əmələ gətirə bilər. Bu çöküntülər Alzheimerin ən fərqli simptomlarının arxasında duran əsas səbəb hesab olunur.

Bununla belə, bəzi ekspertlər bu məsələ ilə bağlı dəqiq nəticəyə gəlmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu deyirlər.

Araşdırmada ailəsində "Alzheimer" xəstəliyi olan, lakin özlərində yaddaş və ya düşüncə problemi olmayan orta yaş 68 olan 243 nəfər araşdırılıb.

İştirakçılar beyin skanları və yaddaş və düşüncə testlərindən keçiblər. Yeddi illik təqibdən sonra 71 iştirakçıda "Alzheimer" xəstəliyinin ilkin əlaməti olan yüngül koqnitiv pozğunluq aşkar edilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.