Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tərkibində kalori və şəkər yoxdur, əvəzində isə sağlamlıq üçün vacib olan antioksidantlarla zəngindir.
Lakin bu faydalardan tam istifadə etmək üçün yaşıl çayı düzgün zamanda və uyğun şəkildə içmək vacibdir.
Səhərlər acqarına içmək tövsiyə olunur
Milli.Az-ın məlumatına görə, dietoloq Coy Dyubost bildirir ki, yaşıl çayın tərkibindəki katexinlər - güclü antioksidantlar - səhər saatlarında daha yaxşı mənimsənilir. Əgər çay yeməklə birlikdə içilərsə, onun tərkibindəki maddələr dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər. Bu isə qan dövranına və enerjiyə təsir göstərir.
C vitamini ilə birlikdə içmək faydasını artırır
Tədqiqatlara görə, C vitamini yaşıl çaydakı flavonoidlərin orqanizmə daha yaxşı sorulmasına kömək edir. Portağal, limon, kivi və ya çiyələk kimi C vitamini ilə zəngin meyvələrlə birgə qəbul yaşıl çayın təsirini artırır.
Yemək aralarında qəbul edin
Çayı yeməkdən dərhal sonra deyil, ən azı 2 saat əvvəl və ya sonra içmək tövsiyə olunur. Bu zaman onun antioksidant komponentləri orqanizm tərəfindən daha yaxşı mənimsənilir və dəmir sorulmasına mane olmur.
Axşam saatlarına diqqət
Yaşıl çayda az miqdarda olsa da, kofein var. Bu da bəzi insanlarda yuxu probleminə səbəb ola bilər. Əgər kofeinə həssassınızsa, yaşıl çayı axşam yox, günorta saatlarında içmək daha məqsədəuyğundur. Yatmazdan əvvəl isə çobanyastığı kimi kofeinsiz bitki çaylarını seçmək daha yaxşıdır.
Antioksidantların təsirini artırmaq üçün 3 sadə qayda:
Yaşıl çayı qaynar (100°C) suda 3-4 dəqiqə dəmləyin.
C vitamini ilə zəngin qidalarla birlikdə qəbul edin.
Südsüz içməyə üstünlük verin - süd antioksidant təsiri azalda bilər.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə helikopter qəzaya uğrayıb
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - (Video)
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu





