İran

İrandan uçuşlarla bağlı yeni qərar

15 İyun 2025 16:24
Baxış: 1 034
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran bütün daxili və beynəlxalq uçuşların dayandırılması ilə bağlı qərarın müddətini uzadıb.

Milli.Az IRNA agentliyinə istinadən xəbər verir ki, uçuşların ləğvi 16 iyun saat 02:30-a qədər davam edəcək.

Qeyd edək ki, İran 13 iyun tarixindən etibarən təhlükəsizlik səbəbilə bütün daxili və beynəlxalq reysləri dayandırmışdı.

Hazırda ölkənin hava məkanının nə zaman tam şəkildə açılacağı ilə bağlı əlavə açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.