İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkədə etirazlarla bağlı vəziyyət artıq nəzarət altına alınıb.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, dinc etirazlar 8-10 yanvar tarixlərində silahlı qrupların müdaxiləsi ilə iğtişaşlara çevrilib, hüquq-mühafizə orqanları və mülki şəxslər hədəfə alınıb.
Araqçi hadisələrdə ABŞ və İsraillə əlaqəli "terrorçular"ın rol oynadığını iddia edib.
Nazir qeyd edib ki, internet təhlükəsizlik qurumları ilə koordinasiya əsasında mərhələli şəkildə bərpa olunacaq və İran müharibə istəmir, lakin mümkün təhlükələrə hazırdır.
Milli.Az





