Türkiyə

Türkiyə PA: "Kürecikdən İsrailə məlumat ötürülməsi iddiaları yalandır"

15 İyun 2025 14:45
Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaları təkzib edib.

Milli.Az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir:

"Kürecik radar bazası Türkiyənin milli təhlükəsizliyi və milli maraqları çərçivəsində qurulub və NATO müttəfiqi ölkələrin müdafiəsini təmin etmək məqsədi daşıyır. Kürecik radar bazasından əldə edilən məlumatlar, NATO prosedurlarına uyğun şəkildə yalnız NATO-ya üzv olan müttəfiq ölkələrlə müəyyən çərçivədə paylaşılır. Sözügedən radar bazasından əldə edilən məlumatların NATO müttəfiqi olmayan İsrail kimi ölkələrlə paylaşılması qətiyyən mümkün deyil.

Əks istiqamətdə aparılan qarayaxma kampaniyaları, əgər bir səhv nəticəsində baş verməyibsə, sadəcə "beşinci kolon" fəaliyyəti kimi qiymətləndirilə biləcək dağıdıcı hərəkətlərdir. Bundan əlavə, ölkəmizin daxili və xarici təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdıracaq məlumatların açıq şəkildə yayılması, Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsinə əsasən cinayət sayılır.

Türkiyə, İsrailin Yaxın Şərqdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə qarşıdır və bu fəaliyyətlərə dəstək verməsi əsla mümkün deyil. Türkiyə bu mövqeyini NATO daxilində də sərgiləməkdədir və İsrailin NATO təlimlərinə qatılmasına qarşı lazımi mövqe tutmaqdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.