"Nəticə əladır, lakin məncə, "Qarabağ" mükəmməl oynamadı"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsini təmin etməyib.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov deyib.
O, "Qarabağ"ın ötən gün Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdiyi oyunu şərh edib:
"Təmsilçimiz səfərdə yaxşı üstünlük əldə etdi. Lakin qəti sürətdə demək olmaz ki, "Qarabağ" məsələni həll edib. Bu futboldur və hər şey baş verə bilər. İnşallah, Bakıdakı görüşdə də nəticə istədiyimiz kimi olacaq".
Mütəxəssis səfərdə qazanılan qələbəyə baxmayaraq, Ağdam təmsilçisinin mükəmməl oyun sərgiləmədiyini söyləyib:
"Nəticə əladır, lakin məncə, "Qarabağ" mükəmməl oynamadı. Yəni, həm "Ferentsvaroş"un, həm də "Qarabağ"ın müdafiəsində səhvlər var idi. Elə o səhvlərdən birinin ucbatından qapımızda qol gördük. Hətta bir neçə qol epizodunda rəqibin bəxti gətirmədi. Bu o deməkdir ki, hələ heç nə bitməyib. Lakin real danışsaq, Liqa mərhələsinə çıxmaq üçün şansımız böyükdür".
A.Kərimov Macarıstan klubunun ikinci hissədə durğunluq yaşadığını bildirib:
"Əslində "Ferentsvaroş" gözlədiyim kimi çıxış edirdi. İlk hissədə pressinq edirdilər, hücumlara da sürətli atılırdılar. Bir neçə epizodda "Qarabağ"ın müdafiədən hücuma atılmasının qarşısını alırdılar. Lakin ikinci yarıda sanki dayandılar. Təbii ki, bu da yorğunluqdan irəli gəlirdi. Bundan maksimum istifadə edən "Qarabağ" lazımi qolları vura bildi".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sənə ayıb olsun!
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı





