İdman

Ölkəsindən çıxa bilmir! "İnter"in hücumçusu müharibənin ortasında qaldı - FOTO

15 İyun 2025 13:44
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FIFA Klub Dünya Çempionatında iştirak edəcək İtaliyanın "İnter" klubunun iranlı hücumçusu Mehdi Taremi İsrailin hücumları səbəbilə İran hava məkanının bağlanmasından sonra turnirə qatıla bilmir.

İtaliya təmsilçisi futbolçunun təhlükəsizliyi ilə bağlı narahatdır və onunla daima əlaqə saxlayır. Tareminin ABŞ-də keçiriləcək toplanışa qoşula bilməsi üçün bütün imkanlar səfərbər olunub.

Milli.Az xəbər verir ki, "La Gazzetta dello Sport" qəzetinin xəbərinə görə, 32 yaşlı ulduz futbolçu İsrailin hücumları fonunda İranda uçuşların dayandırılması səbəbilə ABŞ-yə uça bilməyib.

Bu isə onun FIFA Klub Dünya Çempionatında iştirakına ciddi əngəl yaradıb.

İnter rəhbərliyi Tareminin təhlükəsiz şəkildə komandaya qoşulması üçün ciddi səylər göstərir və hazırda bu məsələdə intensiv iş aparılır.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.