İsrail Səhiyyə Nazirliyi son 24 saat ərzində ölkə ərazisinə endirilən İranın raket zərbələri nəticəsində 385 nəfərin yaralandığını, 12 nəfərin isə həyatını itirdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, hücumların başladığı 13 iyun axşamından indiyə qədər ümumi ölənlərin sayı 15 nəfərə çatıb.
Nazirliyin məlumatına əsasən, xəsarət alan şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 40 nəfər orta ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.
Yaralılar ölkənin müxtəlif xəstəxanalarına yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilib. Hadisə yerindəki səhiyyə və təcili yardım qüvvələri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.
İsrail hökuməti təhlükəsizlik tədbirlərini artırdığını və əhalini ehtiyatlı olmağa çağırdığını bildirib.
Milli.Az