İstanbulun Beylikdüzü rayonunda gəzintidə olan bir qadın təqib edildiyini hiss edərək dərhal həyat yoldaşına zəng edib.
Milli.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında Marmara Mahalləsinin Hürriyet Bulvarında baş verib.
Ər hadisə yerinə gəldikdə, şübhəli şəxsə yaxınlaşıb və ikisi arasında mübahisə başlayıb.
Dəqiqələrlə döydü - qan içində qaldı
Əsəblərinə hakim ola bilməyən ər "Kimi izləyirsən sən?" deyərək şübhəli şəxsi dəqiqələrlə döyüb. Döyülən adam qan içində qalıb. Hadisə ətrafda olan bir vətəndaşın mobil telefon kamerası ilə lentə alınıb.
Görüntülərdə kişinin arvadını izlədiyi iddia edilən şəxsi qəzəblə döyməsi aydın görünür.
Kənan
Milli.Az