Tətil günlərindən sonra sağlam qidalanmaya necə başlamaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Tətil günlərində dadlı yeməklərdən həzz almaq normaldır. Lakin bayramlardan və uzun istirahətlərdən sonra yenidən sağlam qidalanmaya qayıtmaq bir çox insan üçün çətin ola bilər".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, həddindən artıq yemək, şirniyyat və yağlı qidalarla zəngin günlərdən sonra bədəni balanslaşdırmaq və enerjini bərpa etmək üçün doğru addımlar atmaq vacibdir:
"İlk olaraq, şəkər və ağ un məhsullarını tədricən azaldaraq, yerinə tam taxıllı qidalar və təbii meyvələr daxil etmək lazımdır. Çünki şirniyyat, ağ un qan şəkərini sürətlə yüksəldib-endirərək yorğunluq və aclıq hissini artırır. Bununla yanaşı, bol su içmək də vacibdir.
Tətil zamanı qəbul edilən duzlu və işlənmiş qidalar bədəndə şişkinliyə və susuzluğa səbəb ola bilər. Orqanizmi təmizləmək üçün gün ərzində kifayət qədər su içmək və qazlı, şəkərli içkilərdən uzaq durmaq lazımdır.
Porsiyaları kiçiltmək və yeməyi yavaş yemək də qidalanma rejiminə uyğunlaşmağa kömək edir.
Böyük porsiyalar və sürətli yemək mədənin həddindən artıq yüklənməsinə səbəb olur. Buna görə də qidaları sakit və nəzarətli şəkildə qəbul etmək daha doğrudur. Həmçinin, tərəvəz və liflə zəngin qidalar menyuda çox olmalıdır. Yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, çia və kətan toxumu kimi lif mənbələri həzm sisteminin daha rahat işləməsinə kömək edir".
Mütəxəssis-ekspert bildirib ki, protein baxımından zəngin qidalar da sağlam qidalanmaya keçidin əsas hissəsidir:
"Toyuq, balıq, yumurta, qatıq və paxlalılar toxluq hissini uzadaraq maddələr mübadiləsini sürətləndirir. Bununla yanaşı, tətil zamanı artan çay və qəhvə istehlakını azaltmaq da vacibdir. Həddindən artıq kofein bədənin su itirməsinə və yuxu rejiminin pozulmasına səbəb ola bilər. Buna görə də, təzə çay və ya limonlu su içmək daha yaxşı seçimdir. Fiziki aktivliyi artırmaq da sağlam qidalanmaya keçid prosesində mühüm rol oynayır.
Uzun müddət hərəkətsiz qaldıqdan sonra yüngül gəzintilər, yoqa və ya idman məşqləri bədənin balansını bərpa etməyə kömək edir. Bundan əlavə, qidalanma rejimini sabitləşdirmək üçün səhər yeməyini atlamamaq və gün ərzində müntəzəm yemək vərdişi yaratmaq lazımdır".
E.Məmmədov qeyd edib ki, ən önəmlisi, tətil sonrası özünüzü günahlandırmadan və məcbur etmədən kiçik addımlarla dəyişikliklər etməyə başlamaqdır:
"Məsələn, şirniyyatı meyvə ilə əvəz etmək, daha çox su içmək və porsiyaları azaltmaq kimi sadə vərdişlər sağlam qidalanmaya keçidi daha asan və davamlı edəcək. Əsas məsələ balansı qorumaq və sağlam vərdişləri həyat tərzinə çevirməkdir"./Moderator.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)





