Hər kəsin bəyənərək yediyi bu qidalar xərçəng xəstəliyi yaradır - Professordan xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qida üzrə mütəxəssislər həddindən artıq şəkərin immuniteti zəiflədə biləcəyinə və ciddi sağlamlıq problemlərinə yol aça biləcəyinə diqqət çəkir.
Milli.Az xəbər verir ki, mütəxəssis Prof. Dr. Osman Erk artıq şəkər istifadəsinin immun sistemini zəiflədərək piylənmə, ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəng kimi ciddi xəstəliklərin əsasını qoyduğunu bildirir.
Prof. Dr. Erk qeyd edir ki, əcdadlarımızın genləri ilə bizim genlərimiz demək olar ki, eynidir, lakin müasir qidalanma rejimi köklü şəkildə fərqlidir. O, "Əcdadlarımızın qidalanma tərzi ilə müqayisədə biz daha çox hazır qidalar istehlak edirik və bu qidalarda olduqca yüksək miqdarda rafinə edilmiş şəkər var. Bu isə genetik quruluşumuza uyğun olmayan bir qidalanma növüdür" deyərək şəkərin insan orqanizmi üçün uyğun olmadığını vurğulayır.
Tədqiqatlar göstərir ki, əcdadlarımız şəkəri yalnız baldan alırdı və rafinə edilmiş şəkərlə heç vaxt qarşılaşmayıblar. Prof. Dr. Erk bildirir ki, artıq şəkər orqanizm tərəfindən toksik maddə kimi qəbul olunur və immunitet sisteminə mənfi təsir edir.
Şəkər alkoqol və tütün qədər asılılıq yaradan maddədir. Müasir dövrdə bir çox emal olunmuş qida şəkər ehtiva edir və şəkərin piylənmə ilə əlaqəli genlərlə bağlı olması piylənməyə meyilli insanlarda daha çox risk yaradır. Eyni zamanda, şəkər diabet, damar sərtliyi və ürək xəstəlikləri kimi bir çox xəstəliklərə səbəb ola bilər. Prof. Dr. Erk xəbərdarlıq edir ki, şəkər immun sistemini zəiflədərək uzun müddətdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Şəkər yalnız immuniteti zəiflətməklə qalmır, eyni zamanda, qlükozanı çox sevən xərçəng hüceyrələrini də qidalandırır. Xərçəng hüceyrələri digər hüceyrələrdən fərqli olaraq, oksigensiz mühitdə şəkərdən istifadə edərək çoxalır. Həddindən artıq şəkər istehlakı, bu hüceyrələrin daha sürətli böyüməsinə səbəb ola bilər.
Rafinə edilmiş şəkər və ağ un kimi yüksək qlisemik indeksli qidalar istehlak edildikdə, qan şəkəri, insulin və IGF-1 səviyyələri sürətlə artır və bu da xərçəng hüceyrələrinin inkişafına şərait yaradır. Şəkərlə zəngin qidaların xərçəng riskini artıra biləcəyini göstərən araşdırmalar da mövcuddur.
İmmuniteti zəiflədən və digər mənfi təsirlərindən qorunmaq üçün yalnız şirniyyatdan imtina etmək kifayət deyil. Çünki bazarda "şəkərsiz" adı altında satılan bir çox məhsul əslində fruktozla zəngin qarğıdalı şərbəti kimi süni dadlandırıcılar ehtiva edir. Prof. Dr. Erk xəbərdarlıq edir ki, bir çox qablaşdırılmış qidalara fərqli formada şəkər əlavə oluna bilər və hətta bəzi içkilərdə də sadə şəkər mövcuddur.
Şəkər immunitet sistemini zəiflədərək insan sağlamlığını təhdid edən ən təhlükəli qidalardan biridir. Şəkərsiz hesab edilən ketçup, şorba, mayonez kimi məhsullarda belə gizli şəkər ola bilər. Sağlam və keyfiyyətli həyat üçün mütləq etiket oxumağı öyrənməli və şəkərin hər növündən uzaq durmalısınız.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
XƏBƏR LENTİ
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib





