Tanınmış professordan Azərbaycandakı gözəllik salonları ilə bağlı XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, artıq gözəllik salonlarına da qadağalar gəlir.
Analitik Ekspertiza Mərkəzi məlumat yayaraq bildirib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur.
Milli.Az xəbər verir ki, bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.
Bəs, gözəllik salonlarında tibbi kosmetologiya prosedurlarının həyata keçirilməsinin hansı riskləri var?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Gözəllik salonlarında tibbi prosedurlar aparıla bilməz. Bu, birmənalı olaraq belədir. Dünyanın heç bir yerində gözəllik salonlarında tibbi prosedurlar həyata keçirilmir. Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır. Sterillik təmin edilməlidir. Aseptika və antiseptika qaydalarına əməl olunmalıdır. Orada mütləq sterillik üçün xüsusi avadanlıq - autoklav olmalıdır.
Bundan əlavə, hər hansı bir prosedur zamanı baş verə biləcək fövqəladə halların, məsələn, anafilaktik şokun qarşısını almaq üçün lazımi tibbi ləvazimat və dərmanlar mövcud olmalıdır. Yəni tibbi prosedurlara barmaqarası yanaşmaq olmaz. Əks halda kiminsə çantasında bir iynə gəzdirib üzə vurması kimi hallarla qarşılaşarıq.
Məsələn, mezoterapiya dediyimiz prosedurda istifadə olunan maddələr hialuron turşusu əsaslıdır. Bu maddələr üz dərisinin revitalizasiyası, yenilənməsi, nəmləndirilməsi, detoksikasiya edilməsi və maddələr mübadiləsinin yaxşılaşdırılması məqsədilə seçilir. Lakin bu zaman xəstənin anamnezi, allergiyası və digər tibbi göstəriciləri mütləq yoxlanılmalıdır. Bu isə yalnız həkimin işidir. Ona görə də dünyanın hər yerində üzə iynə vurmaq hüququ ancaq və ancaq tibbi təhsili olan həkimlərə məxsusdur.
Nəinki gözəllik salonlarında kosmetoloji prosedurlar tətbiq edilə bilməz, hətta kosmetoloji prosedurlarla məşğul olan şəxslərin dövlət tərəfindən verilmiş lisenziyası və müvafiq ixtisas üzrə baza rezidentura təhsili olmalıdır. Bu təhsil yalnız ali tibb məktəblərində verilir.
Əgər şəxs bu tələblərə cavab vermirsə, onun kosmetoloji prosedurlarla məşğul olmaq hüququ qətiyyən olmamalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"





