GMO-lu qidalara necə nəzarət olunmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. Eyni zamanda, İran İslam Respublikasından idxal edilən bəzi qida məhsullarıın da tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Həmin məhsullardan əksəriyyəti insanlar tərəfindən gündəlik istifadə edilən məhsullardır.
Bu qidalara nəzarət necə olmalıdır?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Trend-ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması məsələsi hələ bundan 4 il əvvəl qaldırılıb:
"Dörd il əvvəl Azad İstehlakçılar Birliyi AQTA qarşısında qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması barədə məsələ qaldırdı. Yəni biz 8 ilə yaxındır ki, bu məsələni aparırıq. Çox çətinlikdən sonra AQTA 12 qənd istehsal yerində monitorinqlər apardı və bunlar müəyyən olundu. Bunu bilmək üçün heç bir analiz lazım deyil. Kəllə qəndi istehsal etmək, daha doğrusu onu ağartmaq üçün iki üsul var.
Məlumdur ki, kəllə qənd şəkər tozundan hazırlanır. Şəkər tozunu qaynatdıqda o sarı rəngə çalır. Sarı rəngi oradan ayırmaq üçün iki yol var. Biri mərkəzdənqaçma yolu, texniki yol, bir də kimyəvi yol, kükürd dioksid qarışdırmaq yolu".
O bildirib ki, qənd məhsullarına kükürd dioksidin qatılıb-qatılmadığını müəssisələrə baş çəkərək bilmək olar.
"Müəssisələrə getmək lazımdır, hansında mərkəzdənqaçma aparatı yoxdursa, deməli, orada qəndlər kükürd dioksidlə ağardılır. Azad İstehlakçılar Birliyi neçə ildir ki, bu məsələdən narahatdır. Biz AQTA ilə bu sahədə əməkdaşlıq etdik və bir neçəsi ifşa olundu. Ondan sonra bunlar yenə də davam ediblər. Çox yaxşı haldır ki, bu məsələlərə yenidən nəzarət edilir. Azad İstehlakçılar Birliyi də çalışacaq ki, həmin partiya mallar satışdan çıxarılsın".
Qida məhsullarının tərkibində ziyanlı maddələrin olması insan sağlamlığına necə təsir edir?
Bu barədə Trend-ə danışan Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova bildirib ki, genetik modifikasiya olunmuş qidaların ilk növbədə orqanizmə üç əsas ziyanı var.
"Qidaların tərkibində ziyanlı əlavələrin olması immun sistemini zəiflədir, allergik reaksiyalar verə bilir və həzm sistemində metabolik pozğunluqlar törədə bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmaların nəticələrinə əsasən, 1995-ci ildən bəri GMO qidalar daha çox istehsal olunub. Həmin vaxtdan bəri daha çox diabet, qlüten həssaslığı, xərçəng kimi xəstəliklərin statistik göstəriciləri artıb", - deyə həkim əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)





