Çiy süddə quş qripi aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaliforniyada çiy süddə quş qripi virusu aşkarlanıb.
Milli.Az xəbər verir ki, rəsmilər bu məlumatı paylaşaraq quş qripi hallarının ştatda sürətlə artdığını qeyd ediblər. Yoluxmuş nümunə Kaliforniyanın ən böyük xam süd istehsalçısı və satıcısı olan Fresno şəhərindəki "Raw Farm" süd fermasında götürülüb.
"Raw Farm" 9 noyabr istehsalı olan, 27 noyabrda istifadə müddəti bitən və lot nömrəsi #20241109 olan bütün süd məhsullarını geri çağırıb.
Hələ ki, "Raw Farm" məhsulları ilə bağlı hər hansı yoluxma hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, mütəxəssis Cennifer Nuzzo bildirib ki, H5N1 virusunun Kaliforniya fermalarında sürətlə yayılması fonunda bu cür hallar təəccüblü deyil. O əlavə edib ki, H5N1-in pasterizə olunmamış süd içən insanlara necə təsir edəcəyi hələ də tam aydın deyil.

Aşkar edilmiş virus yalnız H5 ştammını əhatə etsə də, səhiyyə rəsmiləri nümunənin H5N1 ilə çirklənmiş olma ehtimalını yüksək qiymətləndirirlər. Ştatda H5 virusu ilə bağlı heç bir yoluxma qeydə alınmayıb və inəklərdə də bu virus aşkar edilməyib.
"Raw Farm"ın sahibi Mark Makafi bildirib ki, ilk dəfə belə hal yaşanır. Lakin şirkət əvvəllər də qida təhlükəsizliyi problemləri ilə gündəmə gəlib.
Kaliforniyada keçən həftə uşaq quş qripinə yoluxub. Lakin onun yoluxma səbəbinin süd və ya quşlarla əlaqəsi olmadığı təsdiqlənib. İndiyədək ştatda quş qripi ilə əlaqəli 29 yoluxma halı qeydə alınıb ki, onların əksəriyyəti süd məhsulları ilə işləyənlər arasında olub.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı
-
Elgiz Əkbər: "1 qəpik pulun yoxdur, acından günorta durursan" (Video)
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əsgər çağırılmayacaq - Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)





