Sağlamlıq

Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq

23 Noyabr 2024 03:03
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmmunitet sistemini güclü saxlamaq ümumi sağlamlığınızı qorumaq üçün vacibdir. Qoxusu və dadı ilə ləzzətlə istehlak edilən mixək qış aylarında orqanizmi xəstəliklərdən qoruyur. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, mixəyin güclü antibakterial xüsusiyyətləri öskürəklə mübarizə aparmağa da kömək edir. Həmçinin xroniki öskürəyi aradan qaldırır. Pəhrizinizə mixək əlavə etmək tənəffüs sisteminiz üçün sakitləşdirici qış vasitəsi ola bilər.

Eyni zamanda, qış aylarında oynaqlarınız və əzələləriniz bəzən narahat olur. Mixək təbii olaraq ağrıkəsici və iltihab əleyhinə təsir göstərərək belə ağrıları aradan qaldırır. 

Qeyd edək ki, mixəyin qan şəkərinin səviyyəsini idarə etdiyi və insulinə həssaslığı artırdığı sübut edilib. Buna görə də, mixək sabit enerji səviyyələrini saxlamağa kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.