Qışda necə qidalanaq? - 9 məsləhət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aşağıdakı qidalanma tövsiyələri immunitetinizi gücləndirə, soyuq qış aylarında enerjinizi qoruya və sizi xəstəliklərdən qorumağa kömək edə bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, qış aylarında qidalanma orqanizminizi soyuq havalara və xəstəlik riskinə qarşı gücləndirmək üçün vacibdir.
Mütəxəssislər deyirlər ki, qış aylarında qidalanma ilə bağlı diqqət etməli olduğunuz bəzi tövsiyələri bunlardır:
1. Mövsümə aid meyvə və tərəvəzdən istifadə edin
Qış tərəvəzləri (kələm, brokoli, gül kələm, ispanaq kimi) və meyvələr (portağal, naringi, alma, nar, qreypfrut) vitamin və minerallarla zəngindir. Xüsusilə C vitamini immunitet sisteminizi dəstəkləyir.
2. İmmuniteti gücləndirən qidaları qəbul edin
Soğan, sarımsaq, zəncəfil və sarıkök kimi təbii antibiotik təsirli qidaları müntəzəm olaraq istehlak edin. Bu qidalar antioksidant xüsusiyyətləri ilə qış xəstəliklərinə qarşı müqaviməti təmin edir.
3. Zülal qəbuluna laqeyd yanaşmayın
Protein bədənin enerjisini saxlamaq üçün vacibdir. Yeməklərinizə yumurta, balıq, toyuq, qırmızı ət və paxlalılar kimi protein mənbələrini daxil edin. Bundan əlavə, omeqa-3 yağ turşuları ilə zəngin olan balıq immuniteti dəstəkləyir.
4. Balanslı karbohidrat qəbulu
Qışda enerji ehtiyacı artdığı üçün kompleks karbohidratları (taxıl çörəyi, bulqur, yulaf kimi) seçin. Bu qidalar yavaş həzm olunur və sizi uzun müddət tox saxlayaraq enerji verir.
5. Maye qəbuluna diqqət edin
Qışda daha az susuzluq ola bilər, lakin bədənin maye ehtiyacı davam edir. Gün ərzində 1,5-2 litr su içməyi unutmayın. Bundan əlavə, bitki çayları (cökə, adaçayı, itburnu) maye ehtiyacını ödəməyə kömək edir.
6. Probiotik qidalar qəbul edin
Qatıq və kefir kimi tərkibində probiotik olan qidalar bağırsaq sağlamlığını qoruyaraq immunitet sistemini gücləndirir.
7. Vitamin və mineral dəstəyi
Qış aylarında D vitamini qəbulu azaldığı üçün, lazım gəldikdə həkimə müraciət edərək əlavələr qəbul edə bilərsiniz. Bundan əlavə, tərkibində sink və dəmir olan qidalar (məsələn, balqabaq toxumu, qoz, fındıq) immuniteti gücləndirir.
8. Şəkər istehlakını azaldın
Həddindən artıq şəkər istehlakı immunitet sistemini zəiflədir. Şəkərli qəlyanaltılar yerinə meyvə seçmək daha sağlamdır.
9. Müntəzəm və qısa fasilələrlə yemək yemək
Bədən istiliyinizi saxlamaq üçün müntəzəm yeyin və tez-tez qidalanmaya diqqət yetirin. Aclıq bədənin müqavimətini azalda bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
XƏBƏR LENTİ
-
“Trendyol”da “Əfsanə günlər ” başlayır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
-
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
-
Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
-
Rusiya Kiyevə zərbələr endirdi: Ölən və yaralananlar var
-
Bakıda sürücü avtobusu saxlamadı, sərnişin şüşəni sındırıb qaçdı - (Video)
-
Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” (Foto)
-
Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa
-
Le Penin partiyasının qərargahında axtarış - Məxfi məlumatlar ötürülüb?
-
"Real" 80 milyona Messinin davamçısını alacaq
-
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
-
Tanınmış vəkilə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
-
Azərbaycan və Vyetnam iqtisadi möcüzəyə imza atıblar - Trend-in xüsusi müxbirinin reportajı - (Video)
-
Gürcüstanda matəm elan olundu
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Elman Əhmədov vəfat etdi
-
“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov





