Sağlamlıq

Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur

20 Oktyabr 2024 00:15
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel Özkan Gürdal kişilərdə süd vəzi xərçənginə tutulma hallarının əvvəlki illərlə müqayisədə artdığını bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, son illərdə kişilərdə döş xərçənginə tutulma hallarının sayı artıb.

Həkim qeyd edib ki, qadınlar kişilərə nisbətən süd vəzi xərçəngindən daha çox məlumatlıdır:

"Araşdırmalara görə hər 100 kişidən birində süd vəzi xərçəngi aşkarlandığı təsbit olunub. Bütün xərçəng hallarında olduğu kimi kişilərdə də süd vəzi xərçənginin erkən diaqnozu sağalma ehtimalını artırır. Kişilər süd vəzi xərçəngi ola biləcəyini bilmirlər. Erkən diaqnozla xəstələrin sağalma şansının yüzdə 90 olur. Bu xərçəng növü ən çox qadınlarda rast gəlinir. Kişilərdə süd vəzi xərçəngi xəstəliyinin meydana gəlməsinin dəqiq səbəbləri bilinmir. Bəzi həkimlər bunun səbəbini onda görür ki, döşdə olan bəzi hüceyrələr sağlam hüceyrələrə nisbətən daha sürətlə böyüyür". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.