Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddətdir, məktəblər, ali təhsil müəssisələri açılıb. Müşahidələr göstərir ki, xüsusilə məktəblilər daha çox kofeşoplarda, restoranlarda oturur, hazır qidalar istehlak edirlər. Bəzi valideynlər uşaqların qidalanmasına nəzarət etmirlər desək, yanılmarıq.
Məktəblilərin qeyri-sağlam qidalanması hansı fəsadlara yol aça bilər və ya onlar əslində necə qidalanmalıdırlar?
Milli.Az xəbər verir ki, bununla bağlı sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, məktəblilərin qida rasionunda kəpəkli çörək, yarmalar, lifli qidalar, faydalı karbohidratlar olmalıdır:
"Uşaqlar gün ərzində heç olmasa, mövsümü meyvələrdən ən az 200-300 qram yeməlidirlər. Rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və.s yaradır. Həmin içkilər boş karbohidratlı, şəkərli olduqlarına görə burada mineraldan, vitamindan söhbət gedə bilməz. Bu da orqanizmdə mənimsənilmir. Bundan əlavə, burada fosfor turşusundan da istifadə olunur, bu da uşaqlarda sümük inkişafının qarşısını alır. Gələcəkdə şəkərli diabetdən də uzaq durmaq üçün uşaqlar rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir".
Mütəxəssis qeyd etdi ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq kimi məhsullar da olmalıdır:
"Sadaladıqlarım riskli qidalar olduqlarına görə, onların saxlanma şəraiti düzgün olmalıdır. Rəngli içkilər, qeyri-sağlam qidalar, cipsi kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq problemlərini, piylənməni, insulin dirəncini ortaya qoya, beyindəki oreksin maddəsini aşağı sala və bu da uşaqların tənbəlliyinə zəmin yarada, onların dərslərdən kənarlaşmasına, düşünmə tərzlərinin aşağı düşməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu cür qidalardan, boş karbohidratlardan, fastfudlardan uzaq durmaları tövsiyə olunur".
A.Salamov bildirdi ki, bəzi valideynlər uşaqlarının sağlamlıqlarını düşünsələr də, bəzilərində əksi müşahidə olunur:
"Elə valideynlər var ki, onlar özləri də maariflənməlidirlər. Bunun üçün heç zaman gec deyil. Çünki uşaqların sağlamlığı, gələcəyi həm dövlət, həm də valideynlərin özü üçün maraqlıdır. Bu istiqamətdə maarifləndirmə işləri mütləq davam etməlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq





