Sağlamlıq

ABŞ-də uşaqları iflic edən virus həyəcanı

22 Sentyabr 2024 15:52
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) onurğa beynini iflic edən kəskin yumşaq mielitin törədicisi enterovirus D68 (EV-D68) barədə həyəcan təbili çalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, virus ABŞ-nin çirkab sularında aşkar edilib.

Bildirilib ki, EV-D68 xüsusilə kiçik uşaqlarda sinir sistemi üçün real təhlükə yaradır, ayaqlarda, qollarda zəifliyə səbəb olur və iflicə, əlilliyə gətirib çıxarır.

"Nəzərə alsaq ki, hazırda kəskin yumşaq mielitin müalicə üsulları yoxdur, vəziyyət son dərəcə narahatedicidir. Hətta uzunmüddətli intensiv fizioterapiya kursu belə xəstəlikdən sonra tam bərpaya zəmanət vermir. Bir çox uşaqlar ömürlük əlil qalırlar", - deyə CDC-nin aparıcı mütəxəssisi doktor Con Smit bildirib.

CDC valideynləri sayıq olmağa və uşaqda ilk xəstəlik əlamətləri görünən kimi dərhal tibbi yardıma müraciət etməyə çağırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.