"Beşimizin adına görə kanala sponsor gəlib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prodüser və aparıcı Tarix Əliyev (Tolik) səsləndirdiyi sərt fikirlərlə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, o, açıqlamasında bəzi həmkarlarını tənqid edərək, televiziya fəaliyyət göstərdiyi dövrdə səhər verilişləri ilə yüksək reytinqlər topladığını iddia edib. Tolik bildirib ki, həmin vaxtlar onun layihələri bir çox proqramları geridə qoyub.
Aparıcı eyni zamanda sponsor məsələsinə də toxunaraq, öz adının kanala sponsor cəlb etməkdə mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, vaxtilə aparıcılıq etdiyi proqramda 15 sponsorla əməkdaşlıq edib və sponsorların məhz aparıcının adına görə layihəyə qoşulduğunu deyib.
Tarix Əliyev hazırda efirdə olan bəzi verilişləri də tənqid edərək, onların səviyyəsindən narazı qaldığını bildirib. O, lazım gələrsə yenidən səhər proqramı ilə efirə qayıda biləcəyini və bu sahədə uğur qazanmağa qadir olduğunu qeyd edib:
"Televiziyada olduğum vaxt bir çoxunuzun səhər verilişlərini reytinq baxımından geridə qoyurdum. Sponsorlarım da sizinkilərdən daha güclü idi. Bu gün efirdə olan heç bir aparıcı deyə bilməz ki, Xoşqədəm Baxşəliyeva, Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz və Tarix Əliyev kimi öz adına kanala sponsor gətirib.
Siz bu gün televiziyada olanlar, "Xəzər TV"də Gökhan bəyin şirkətlərlə münasibətləri sayəsində sponsor tapırsınız. Mən "Xəzər"də veriliş aparanda, digər aparıcılar getdikdən sonra proqramımı 15 sponsorla davam etdirirdim. Sponsorlar məhz aparıcının adına görə gəlir və onunla birlikdə kanalı da tərk edir.
Səhər televiziyanı açanda bəzi verilişlərdəki yaltaqlıq məni narahat edir. Bir gün ərzində Vəfa ilə Nəfisəni dəvət etdiyim proqram YouTube-da 48 min baxış toplayaraq rekord qırmışdı. Məni məcbur etməyin ki, yenidən səhər canlı yayımı ilə efirə qayıdım - buna gücüm çatır".
Aparıcının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





