Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.
Əsas müzakirə mövzusu isə budur: bu evlər sökülərkən vətəndaşlara kompensasiya verilməlidirmi, yoxsa qanunsuz tikililərə görə məsuliyyət yalnız sahibinə aiddir?
Milli.Az bildirir ki, mövzu ilə bağlı "AzPolitika"ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir, xüsusilə paytaxt Bakı şəhərinin bir çox ərazilərində söküntü işləri aparılır.
Onun sözlərinə görə, bu işlər əsasən iki formada həyata keçirilir. Bəzi ərazilər dövlət ehtiyacları üçün alınır və bu zaman vətəndaşların mənzilləri sökülərkən onlara kompensasiya olaraq pul ödənilir. Digər halda isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəz olunur
"Hər iki söküntü prosesində vətəndaşlara kompensasiya kimi bəzi hallarda mənzil, bəzi hallarda isə pul verilir. Bundan əlavə, yeni kommunikasiya xətlərinin və avtomobil yollarının çəkilməsi ilə əlaqədar aparılan söküntülər zamanı da vətəndaşların əmlakı qiymətləndirilir və onlara kompensasiya ödənilir", - deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi mövcuddur: "Bu evlərin çıxarışı olmasa da, əksəriyyətində müxtəlif qurumlar tərəfindən verilmiş sənədlər mövcuddur. Belə ki, bəzi ərazilərdə bələdiyyələrin sərəncam və qərarları, digər yerlərdə isə icra hakimiyyətlərinin, kolxoz və sovxozların, həmçinin mənzil-istismar idarələrinin sənədləri əsasında fərdi yaşayış evləri tikilib. Bu cür evlərin sökülməsi zamanı vətəndaşlara mütləq qaydada kompensasiya ödənilir. Söküntü zamanı çıxarışın olması mühüm amil hesab olunsa da, vətəndaş uzun müddət həmin mənzildə yaşayırsa, kommunikasiya xətləri və qeydiyyatı mövcuddursa, çıxarış olmasa belə, bu sənədlər əsasında da kompensasiya verilir.
Əgər fərdi yaşayış evi qeyri-qanuni şəkildə inşa olunubsa, bu halda aidiyyəti dövlət qurumları məhkəməyə müraciət edir və yalnız məhkəmə qərarı ilə həmin əmlakın sökülməsi mümkündür. Bununla belə, sənədi olmasa da, uzun müddət yaşayış mövcuddursa, belə hallarda da söküntü zamanı vətəndaşlara kompensasiya ödənilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





