Sağlamlıq

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

23 Aprel 2026 21:50
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğalı texnologiyanın ənənəvi qızartma üsullarından daha effektiv olduğunu ortaya qoyub.

Milli.Az sağlam kartof qızartması üçün elmi araşdırmanın nəticələrini təqdim edir:

Tədqiqatçılar mikrodalğalı tezliklərlə qızardılan kartoflar ilə ənənəvi yağda qızartma üsulunu daxili təzyiq dəyərləri və yağ çəkmə nisbətləri baxımından müqayisə ediblər.

Mikrodalğalı texnologiyanın üstünlükləri:
Araşdırma nəticəsində məlum olub ki, mikrodalğalı dalğalarla qızardılan kartoflar yağ çəkməyə qarşı daha çox müqavimət göstərir. Bu isə nəticədə daha az yağlı və daha sağlam bir qəlyanaltı deməkdir.

Mikrodalğalı sistem kartofun daxilində daha yüksək təzyiq yaradır ki, bu da yağın məhsulun içinə nüfuz etməsinin qarşısını alan bir baryer funksiyasını yerinə yetirir.

Mikrodalğalı üsul kartofun tərkibindəki nəmi daha sürətli buxarlandırır. Bu həm vaxta qənaət edir, həm də kartofun daha qısa müddətdə qızarmasını təmin edir.

Ənənəvi qızartma üsulunda kartof yağı süngər kimi çəkdiyi halda, mikrodalğalı tezliklərlə aparılan prosesdə kartofun daxili toxuması qorunur. Alimlər vurğulayırlar ki, daha az kalorili və ürək-damar dostu bir qızartma üçün mikrodalğalı texnologiyadan istifadə etmək daha məqsədəuyğundur.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.