İran

Xamenei dağıntılardan çıxarılanda zikr edirdi - Vilayətmədar

23 Aprel 2026 20:25
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nəcəf, Qum və Məşhəd alimlərinin rəyinə və təhlükəsizlik rəsmilərinin qərarına əsasən, düşmənlərin ali rəhbər Müctəba Xameneiyə xüsusi yollar və Təl-Əviv kimi universitetlərdə müzakirə olunan qəribə elmlər vasitəsilə zərər verə bilməmələri üçün onun yeni fotoları və videoları hələlik yayımlanmayacaq.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Salar Vilayətmədar deyib.

Deputat İranın yeni ali rəhbərinin səhhəti ilə bağlı suala cavabında bildirib:

"Hadisə yerində olan mühafizəçilərdən birinin komitəyə təqdim etdiyi məlumata görə, o, dağıntılar altından çıxarılanda zikr edirdi. Müalicə edən həkim də söyləyib ki, bədəni sağlamdır, heç bir sınıq yoxdur".

Qeyd edək ki, "Nyu York Tayms" nəşri iranlı rəsmilərin M.Xamenei ilə təmasdan "İsrailin izləyib ali rəhbərə zərər vermək ehtimalına görə" yayındıqları haqda məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.