Dünya

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi

24 Aprel 2026 10:36
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə 24 aprel tarixində Türkiyə hava məkanında fövqəladə siqnal ötürüb.

Milli.Az xəbər verir ki, bu barədə Flightradar24 xidmətinin məlumatlarında qeyd olunub.

Təyyarə Bakı vaxtı ilə saat 08:51-də 7700 kodlu siqnal göndərib ki, bu da ümumi fövqəladə vəziyyət anlamına gəlir.

Məlumata görə, RCH525 çağırış işarəli təyyarə BƏƏ-dən havaya qalxıb və Türkiyədəki İncirlik Hərbi Hava Bazası üzərinə eniş edib. Təyyarənin hansı səbəbdən fövqəladə siqnal verdiyi hələlik açıqlanmayıb.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.