Hadisə

Paytaxtda 7-ci sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi - VİDEO

24 Aprel 2026 11:09
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.

Milli.Az Apa TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.

VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

Məktəbdən bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.