Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprel ayına xas olmayan anomal yağışlar və qeyri-sabit hava şəraiti bölgələrdə kənd təsərrüfatına, xüsusilə meyvəçiliyə ciddi zərər vurub.
Yağan yağışlar nəticəsində 6500 hektardan çox əkin sahəsinə zərər dəyib. Xüsusən də Xaçmaz, Şabran, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ bölgələrində yerləşən meyvə bağları və tərəvəz sahələri sel və subasmalara məruz qalıb.
Mövcud vəziyyət gilas, alça, şaftalı və s. Kimi tezyetişən meyvələrə daha çox zərər yetirib. Yağışların yaratdığı fəsadların 10 milyon manata yaxın ziyan vura biləcəyi ehtimal edilir.
Bu fəsadlar istər-istəməz məhsuldarlığın azalmasına gətirib çıxaracaq.
Yayda hansı meyvələr kəskin bahalaşacaq?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli apreldə yağan anomal yağışlar və dolu ən çox çiçəkləmə dövründə olan meyvə ağaclarını vurduğunu bildirib:
"Bu vaxt yağan aramsız yağış tozlanmanı pozur, çiçəyi çürüdür, dolu isə birbaşa bar tutan tumurcuğu məhv edir. Nəticədə ağacda bar ya əmələ gəlmir, ya da çox az bağlayır. Bu zərbədən ən çox zərər çəkən erkən çiçəkləyən çəyirdəkli meyvələrdir.
Ərik, gilas, albalı, gavalı aprelin əvvəli və ortasında çiçək açır. Quba, Xaçmaz, Şəki, Zaqatala, İsmayıllı rayonlarında dolu və leysan həmin dövrə düşdü. Fermerlər deyir ki, bəzi bağlarda ərik və gilasın 50-70 faizi tökülüb".
İqtisadçının fikrincə, ərik, gilas, albalı, gavalının qiyməti kəskin bahalaşacaq.
"Bu meyvələrin barvermə mövsümü iyun-iyuldur, yəni bazara kütləvi çıxmalı dövr azməhsulluluqla üst-üstə düşəcək. Təklif az olanda qiymət kəskin qalxır. Keçən il 3-4 manata olan gilas bu yay 7-8 manatdan aşağı düşməyəcək, ərik də eyni səviyyədə bahalaşacaq.
Albalı və gavalı da eyni səbəbdən azalacaq. Xüsusilə emala gedən albalı az olanda mürəbbə, kompot qiymətləri də qalxır. Şaftalı və nektarin bir az gec çiçəkləyir, amma aramsız rütubət onlarda da göbələk xəstəliklərini artırıb. Monilioz, yarpaq qıvrılması kimi xəstəliklər məhsulun bir hissəsini sıradan çıxarıb. Şaftalının da iyul-avqustda ötən ilə nisbətən 30-40 faiz baha olması realdır".
A.Nəsirli alma və armudun qiymətində isə kəskin bahalaşma gözləmir:
"Alma və armud nisbətən gec çiçəkləyir, ona görə aprel yağışları onlara az təsir edib. Amma dolu düşən bağlarda zədə var. Yenə də alma keçən ilki qədər bol olmaya bilər, amma kəskin bahalaşma gözlənilmir.
Həmsöhbətimizin fikrincə, çiyələyin qiyməti də artacaq:
"Yağış çiyələyi də vurub. Açıq sahədə çiyələk çürüdü, boz çürümə xəstəliyi yayıldı. İstixana çiyələyi az təsir gördü, amma açıq sahə məhsulu azaldı. May-iyun çiyələyi də ötən illə müqayisədə baha olacaq.
Qarpız, yemiş, üzüm kimi yay sonu meyvələrə hələlik ciddi ziyan dəyməyib.
Hava normal keçsə, onların qiyməti nisbətən sabit qalacaq. Amma yağışdan sonra yaranan rütubət bostan bitkilərində də xəstəlik riski yaradır, bu da sonradan qiymətə təsir edə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həbsxanada qızını öldürən məhkum dünyasını dəyişdi
-
İşçiləri sevindirəcək yenilik
-
Bakıda məktəbin qarşısında qəza - “Avatr” hasara çırpıldı - (Video)
-
Venesueladakı zəlzələdə ölənlərin sayı 6 mini keçdi
-
Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Bakıda “Audi” neft quyusuna düşdü - (Video)
-
Sığorta uçotu ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Sevastopolda hərbçi əsgər yoldaşlarını və mülki şəxsləri güllələyib: Ölənlər var
-
Şəmkirdə 15 gün qaz olmayacaq
-
Ceki Çan Bakıya niyə gəlib?
-
Polis qanunsuz saxlanılan avtomat və patronlar aşkarladı
-
Ukrayna PUA-ları Rusiyada “Wildberries” anbarını vurdu
-
34 yaşlı UFC idmançısı yuxuda dünyasını dəyişdi
-
Pensiya alanlarla bağlı yeni xəbər
-
Əli Əsədov yeni qərar imzaladı
-
Onlara gələn aydan kompensasiya ödəniləcək
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Ölkədə bir gündə 26 cinayətin üstü açıldı
-
Nəriman Həsənzadənin Elçibəyə həsr etdiyi şeir üzə çıxdı
-
Əmisi ilə dənizdə batan 15 yaşlı yeniyətmənin meyiti tapıldı
-
Türkiyədə bələdiyyəyə korrupsiya əməliyyatı - 21 nəfər saxlanıldı
-
Azərbaycan nefti 96 dollara düşdü
-
Ağdamdakı yanğınları törətməkdə şübhəli bilinən şəxs saxlanıldı - (Video)
-
AMB 4 avqustun rəsmi valyuta məzənnələrini açıqladı





