Sağlamlıq

Tibbi arayışın etibarlılıq müddəti azaldılıb? - VİDEO

9 Avqust 2024 12:06
Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi sosial şəbəkə istifadəçiləri sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın etibarlılıq müddətinin üç ildən bir aya salındığını yazır.

Milli.Az bildirir ki nəticədə imtahandan kəsilən şəxs bir ay sonra yenidən sürücülük vəsiqəsi əldə etmək üçün imtahan vermək istəyəndə ona təkrar sağlamlıq arayışı lazım olur. Bir dəfə bu arayışı əldə etməyin qiyməti isə 41 manatdır.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Aygün Xəlilova deyib ki, həmin arayışlara etibarlılıq müddəti üç il deyil, bir ay şərti olaraq qeyd edilir. Onun sözlərinə görə, müayinəsi aparılan vətəndaşda 1 ay sonra hər hansı bir ciddi problem yarana bilər. Buna görə də onun təkrar yoxlanması zəruridir.

Vətəndaşlar forma 83-ü elektron olaraq da əldə edə bilərlər. Hər iki halda tibb müəssisəsinə ilkin müraciət, laborator analizlərin verilməsi, həkim qəbullarından keçmək zəruridir.

Sürücülüyə yararlı olmaq barədə tibbi arayış Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Forma 83-də vətəndaşın mövcud vəziyyəti dəyərləndirilir və praktiki sağlam olması ilə bağlı qeydlər aparılır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.