Nəcis analizi ilə autizm diaqnozu qoymaq mümkün olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqlara autizm diaqnozu qoymaq olduqca çətindir. Bu zaman adətən valideynlərin bildirdiyi davranışlar və psixi sağlamlıq mütəxəssislərinin müşahidələri əsas götürülür.
Ancaq bunlar dəqiq diaqnoz üçün kifayət deyil və bəzən səhv diaqnozların qoyulmasına səbəb olur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, "Nature Microbiology" elmi jurnalında dərc olunan araşdırma autizmə diaqnoz qoymağın daha dəqiq bir yolu olduğunu göstərib.
Araşdırmanın müəllifləri bunun bağırsaq mikrobiomu sayəsində mümkün olduğunu bildiriblər.
Alimlər 1 yaşdan 13 yaşa qədər olan uşaqlardan toplanmış 1600-dən çox nəcis nümunəsini analiz ediblər. Autizmli uşaqlardan götürülmüş nümunələrdə müəyyən bioloji əlamətlər olduğu üzə çıxıb. Autizmli olanlarla digər uşaqların nəcisindəki əsas bioloji fərqlər müqayisə edilib.
Əvvəlki tədqiqatlardan fərqli olaraq, bakteriyadan başqa göbələklər, arxebakteriyalar və viruslar da onlarla əlaqəli metabolik proseslərlə birlikdə nəzərdən keçirilib. Autizmli insanlarda "bioloji imza" ola biləcək 31 faktor aşkar edilib.
Daha sonra yeni bir qrupdan olan uşaqların hansının autizmli olduğunu müəyyən etmək üçün nəcis analizindən istifadə edilib. Nəticə uğurlu olub.
Honq-Konq Çin Universitetindən Çi Su aparıcı tədqiqatçılardan biri olduğu araşdırma barədə bunları deyib:
"Bağırsaqdakı bakteriya, göbələk və virus kimi məzmunlar autizm diaqnozunda faydalı ola bilər. Erkən diaqnozla xəstələrdə daha təsirli üsullar tətbiq oluna bilər. Autizmin tam diaqnozunun qoyulması üçün adətən 3-4 il vaxt lazım gəlir və əksər uşaqlara bu diaqnoz 6 yaşında qoyulur. Nəcis analizi ilə daha erkən diaqnoz qoymaq mümkün olacaq".
Qeyd edək ki, alimlər onilliklər ərzində autizm spektrinin pozğunluğunu müəyyən etmək üçün insan genomunu, beyin skanlarını təhlil etsələr də böyük uğur əldə edə bilməyiblər.
ABŞ Qida və Dərman İdarəsi (FDA) göz hərəkətinin izlənməsinə əsaslanan iki proqramı təsdiqləyib. Lakin onlar da psixiatrların iştirakını tələb edir.
Digər tərəfdən, bəzi elm adamları autizmli uşaqların unikal pəhrizinin onların mikrobiomlarını dəyişə biləcəyini irəli sürürlər.
Çi Su nümunələrin çoxunun honq-konqlu uşaqlara aid olduğunu da ifadə edərək, "İndiki araşdırma uzun bir səyahətin başlanğıcıdır" deyir.
Bunun etibarlı bir üsul olduğunu təsdiqləmək üçün mövzu ilə bağlı daha çox araşdırma gözlənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib





