Milyonlarla insanın ölümünə səbəb olan “Qara ölüm”ün necə yayıldığı bilindi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orta əsr Avropasında 25 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən vəba epidemiyasının düşünüldüyündən fərqli şəkildə yayıldığı ortaya çıxıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, "Qara ölüm" kimi tanınan vəbaya səbəb olan "Yersinia pestis" adlı bakteriya gəmiricilər və birələr arasında təbii şəkildə yayılır.
Birələrin insanları sancaraq xəstəliyi ötürdüyü məlum olduğundan, bunun vəba epidemiyalarının səbəbi olduğu təxmin edilirdi.
"PLOS Biology" jurnalında dərc edilən yeni araşdırmaya görə, Avropada epidemiyanın yayılmasında başqa bir böcək də birə qədər mühüm rol oynamış ola bilər.
İnsan qanı ilə qidalanan bədən bitlərinin "Yersinia pestis" bakteriyasını daşıya biləcəyi bilinsə də, epidemiyaya səbəb olacaq qədər onları yaya bilməyəcəkləri düşünülürdü.
Tədqiqatın baş müəllifi Co Hinnbuş Avropada "Qara ölüm" epidemiyasının tibbi tarixi ilə bağlı uzun müddətdir davam edən mübahisələrə son qoymaq qərarına gəlib. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları laboratoriyada bədən bitlərinin bakteriyaları yayma sürətini araşdırıblar.
Bitlər insan dərisinin temperaturunu təqlid edən süni dəri üzərində "Yersinia pestis" olan qan nümunələri ilə qidalandırılaraq yoluxdurulublar. Bu bitlər daha sonra steril süni dəridən qan udaraq bakteriyaları müntəzəm olaraq yaymağa başlayıblar.
Tədqiqatçılar, həmçinin bakteriyaların bitlərdə "Pawlowsky" bezlərini yoluxdura biləcəyini müəyyən ediblər. Bu tüpürcək vəziləri infeksiyanı yalnız həzm sistemində daşıyan bitlərə nisbətən patogeni daha ardıcıl ötürüb. Vəzilərin ifraz etdiyi bir növ sürtkü maddəsinin bakteriyaları bitin ağzına ötürdüyü düşünülür.
Alimlərin fikrincə, bu bitlər insanları dişləyərək xəstəliyi ötürmüş və epidemiyanın yaranmasında rol oynamış ola bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





