Sağlamlıq

Uşaqlarda qızdırmanı salan ən sadə xalq təbabəti üsulu

6 Aprel 2024 16:30
Baxış: 1 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir.

Bunu rusiyalı Regina Qriqoryeva bildirib.

"Alına qoyulan kələm yarpağı uşağın temperaturunu tez bir zamanda azaltmağa kömək edən sadə bir üsuldur. Alını sərin dəsmalla silmək və ya kompres etmək də təsirlidir. Lakin bunlar dərmanlarla yanaşı, temperaturu azaltmaq üçün köməkçi üsullar kimi qəbul edilir", - deyə Regina Qriqoryeva vurğulayıb.

Pediatrın sözlərinə görə, uşaqlarda bədən istiliyini azaltmaq üçün yeganə təhlükəsiz dərmanlar uşağın çəkisinə uyğun olaraq hesablanmış dozada parasetamol və ibuprofendir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.