Sağlamlıq

Aclıq və idman etmədən arıqlamağa imkan verən dərman

20 Mart 2024 19:30
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Florida Universitetinin alimləri artıq çəki, metabolik sindrom və əzələ itkisi ilə mübarizə aparmağa kömək edən dərman hazırlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dərman SLU-PP-332 adlanır. İdmanı təqlid edir, iştaha təsir etmir, eyni zamanda metabolik prosesləri sürətləndirir.

Dərman maddələr mübadiləsini stimullaşdıra bilər, bunun nəticəsində enerji istehlakı sürətlənir. Beləliklə, SLU-PP-332 fiziki fəaliyyəti əvəz edə bilər.

Amerikalı alimlər eksperimenti kökəlmiş laboratoriya siçanları üzərində aparıblar. Nəticədə gəmiricilər bədən çəkisinin 12 faizini itiriblər. Eyni zamanda, siçanların rasionu dəyişməyib. Gəmiricilər dözümlükləri də artıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory