Sağlamlıq

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

17 Mart 2024 20:25
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib.

"Sağlamlığın qorunmasında düzgün qidalanmanın böyük rolu var. Şəkər, maya, spirt, un məmulatları və qazlı içkilərin qida rasionundan xaric edilməsi maddələr mübadiləsinə və bədənin ümumi sağlamlığının yaxşılaşmasına kömək edir", - deyə ekspert bildirib.

O, əzələləri gücləndirməyə, gəncliyi qorumağa və uzun müddət sağlam qalmağa kömək edən müntəzəm idmanın da vacib olduğunu qeyd edib.

Reabilitoloq emosional vəziyyəti də vacib amil kimi qeyd edib. Onun fikrincə, stresdən, narahatlıqdan və təşvişdən xilas olmaq sağlamlığın və gəncliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.